Aslan Aslanovun məmur oğlunu yol polisi saxladı - FOTO

Fevralın 20-si, gecə saat 1 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Məlumata görə, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşib. Buna görə də, avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb. Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs kənd təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar “Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur. Avtosfer.az xəbər verir ki, aznews.az-ın araşdırması nəticəsində məlum olub ki, həmin avtomobil 2008-2013 illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub. Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı

























