Avropa Oyunları öncəsi kirayə maşınlar bahalaşdı - VİDEO

Yazarlar 26 May 2015 13:04 Oxunub 2644
Avropa Oyunları öncəsi kirayə maşınlar bahalaşdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtımıza gələcək əcnəbilərin əksəriyyəti indidən avtomobil kirayələyiblər

“Bakı 2015”ə 17 gün qaldı. Şəhərdə artıq turistləri görmək olur. Oyunlar zamanı hər bir rahatlığın yaradılmasına hesablanan tədbirlər isə bitmək üzrədir. Turist axının çox olacağı elə avtomobil kirayə bazarında yaşanan canlanmadan da bəlli olur. Belə ki, paytaxtımıza gələcəyini planlaşdıran xarici ölkə vətəndaşlarının əksəriyyəti indidən avtomobil kirayələyiblər. Ölkəmizə təşrif buyuracaq əcnəbilər üçün paytaxt ərazisində pulsuz taksi xidməti təşkil olunsa da, amma nədənsə, şəxslərin böyük əksəriyyəti avtomobillərdə səyahət etməyə üstünlük verirlər. 

Apardığımız müşahidlər zamanı məlum oldu ki, artıq bir neçə avtobil icarəsilə məşğul olan şirkətlər bir neçə aydır ki, bu kimi təkliflər alırlar. Onların bir qismi internet, mobil telefonla avtomobil sifariş verən əcnəbləridir. Digər bir qismi də turistlərin qalacağı otellərin müraciətləridir. Ən çox minik və yolsuzluq avtomobilinin sifariş olunduğunu deyən şirkət nümayəndəsinin sözlərinə görə, bütün sənədləşmələri qanun çərçivəsində aparırlar. “Minik avtomobillərilə yanaşı, bizdən 12, 15, 28 yerlik avtobuslar da tələb olunur. Nəticədə bizə verilən bütün sifarışlər vaxtlı-vaxtında icra edilib. Avtomobil kirayə götürmək istəyən əcnəbilərdən ilk öncə beynəlxalq sürücülük vəsiqəsi, bank kartları, yəni şəxsiyətin tanınması üçün lazım olan bütün sənədləri tələb olunur. Bundan sonra isə avtomobillər onlara təqdim olunur. Bəzən əcnəbilər avtomobilləri hava limanında tələb edirlər. Bu zaman şirkətin sürücüləri tərəfindən avtomibillər hava limanında onlara təqdim olunur” ,– deyə şirkətin baş mexanniki Yaşar Sadıqov bildirib.

Ekspert Ərşad Hüseynov isə əcnəbilərə avtomobil icarəsilə bağlı bir problemlərin olduğu qənaətindədir. Onun sözlərinə görə, xarici ölkə vətəndaşlarına nəqliyyat vasitəsini təhkim edərkən, ona nə etibarnamə nə də ki, atvomaşının texniki pasportu verilir. Şirkətlə müştəri arasında yalnız daxili icarə müqaviləsi imzalanır ki, bu da bəzi hallarda problemlərə yol açır.

“Özləri öz möhürləri ilə təsdiq olunmuş etibarnamə və yaxud da icarə müqaviləsi təklif edirlər. Əksəriyyəti isə etibarnamə verirlər. Bu etibarnamələr də notariusda təsdiq olunmadığına görə, heç birini dövlət yol polisi görmür. Faktiki olaraq belə bir sutuasiya Əcnəbi Azərbaycanda bir ay müddətində icariyə götürdüyü avtomobili sürür, amma polisin bundan xəbəri yoxdur”, – deyə ekspert Ərşad Hüseynov qeyd edib. 

Digər məsələ isə avtomobil sığortası, eləcə də əcnəbi tərəfindən törədilən qayda pozuntularıdır ki, bu sonda yığılan cərimələrin şirkətində başında çartlamasına gətirib çıxarır. Nəzərə alsaq ki, əcnəbi qonaqların əksəriyyəti istrahət üçün əyləncə məkanlarını seçir və onun içkili halda sükan arxasına keçməsi də qaçılmazdır. “Əcnəbi bir vətəndaş Azərbaycanda icarəyə götürdüyü avtomobillə cinayət və yaxud da inzibatı xarakterli qəza törətdisə, buna görə həmin şəxs tam olaraq məsuliyyət daşıyır. Sadəcə olaraq avtomibillin sənədləşdirilməsində diqqətli olmaq lazımdır. Məsələn, həmin dövlətin Azərbaycandakı səfirliyinə məlumat verir ki, sizi vətəndaş belə bir hadisə törədib, hazırda o saxlanılıb. Bu zaman həmin şəxsə heç bir güzəşt olunmur” , - deyə Ərşad Hüseynov vurğulayıb. 

Qonaqpərvərliyilə ad qazanan ölkəmiz, əcnəbilərin bu şıltaqlıqlarına ya göz yummalı ya da onları yerli qanunlara riayət etməyə məcbur etməlidir.

Hər halda yollarda təhlükəsizlik əsasdırsa, işlərdə ona uyğun bir şəkildə təşkil edilsə yaxşı olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh