Avtobus və yük avtomobilləri ilə törədilən qəzaların sayı artıb

Ötən il Azərbaycanda avtobus və yük avtomobillərinin sürücüləri tərəfindən törədilən yol qəzalarında ölənlərin sayının artması ciddi narahatlıq doğurur. Bu barədə milli.az-a Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. O qeyd edib ki, 2015-ci ildə respublika yollarında avtobus sürücüləri tərəfindən 84 yol qəzası törədilib: "Baş verən hadisələr nəticəsində 32 nəfər ölüb, 98 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2014-cü illə müqayisədə hadisələrin sayı 6, ölüm 4, xəsarətalma isə 17 fakt artıb".
Şöbə rəisi yük avtomobillərinin sürücüləri tərəfindən törədilən yol qəzaları ilə bağlı statistikanı da açıqlayıb: "Ötən il yük avtomobillərinin sürücüləri tərəfindən 131 qəza törədilib. Nəticədə 75 nəfər ölüb, 117 nəfər yaralanıb. Daha öncəki illə müqayisədə hadisələrin sayı 28, yaralanma 46 fakt azalsa, ölüm halları 11 fakt artıb".
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 894 nəfər ölüb, 2265 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










