Avtomobil üçün tibb çantası neçəyə başa gəlir? - QİYMƏT

Yanvarın 1-dən avtomobillərdə tibbi yardım çantası olmayan sürücülərə qarşı reydlərin olacağı barədə şaiyələr aptekləri canlandırıb. Sürücülər tələb olunan dərmanları almağa başlayıblar. Amma cərimə dəyişməyib və apteçkaya görə reydlər də keçirilmir. Amma məsləhətdir ki, hər bir sürücü avtomobilinə dərman qutusu alsın. Bu zaman dərmanların siyahısını ve qiymətlərini bilmək maraqlıdır. Bunu nəzərə alaraq siyahıda olan əksər dərmanların qiymətlərini təqdim edirik (AZN):
Analgin – 0,40
Natrium sulfasil məhlulu (1 tubik) - 0,60
Aspirin (1 qutu) – 0,20
Steril bint 10x5 (1 ədəd) – 0,40
Bakterisid leykoplastr (2,5x7,0 yaxud 2x5 ədəd) - 0,10
Spirtdə 5 faizli yodun, yaxud 1%-lik brilyant abısının məhlulu (zelyonka) (1 flakon) – 0,40
Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən (1 ədəd) – 0,40
Pambıq 50 q (1 bağ) – 0,40
Nitroqliserin həbləri №40, yaxud kapsulası №20 (trinitrolonq) (1 qutu) – 0,70
Validol (tabletka, yaxud kapsula) (1 qutu) – 0,30
Süni nəfəs vermək üçün alət – “Ağız-qurğu-ağız” (1 ədəd) - 14
Enterodez 2 qutu, yaxud aktivləşdirilmiş kömür №10 (1 qutu) – 0,20
Korvalol (1 flakon) – 0,60
Küt uclu qayçı (1 ədəd) – 3
Ammiak məhlulu (naşatır spirti) (1 flakon) – 0,50
Femida.az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












