Avtomobilindən narkotik tapılan şəxs özünü bıçaqladı – VİDEO

Zaqatala rayonunda postda polis tərəfindən saxlanılan avtomobildən narkotik maddə tapılıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə fevralın 8-də, axşam saat 19 radələrində qeydə alınıb. 1986-cı il təvəllüdlü, Bakı sakini Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi “Daewoo” markalı, 10 PV 115 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Bakı istiqamətində hərəkətdə olarkən avtomobilin işıqlandırma sistemində olan nasazlığa görə, postda xidməti vəzifəsində olan polis baş çavuşu Elşən Namazov tərəfindən saxlanılıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparıblar. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib. Əraziyə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman oradan uzaqlaşmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Emil Nəbiyev saxlanılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala RMX-dan bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olan E. Nəbiyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












