Avtomobilinizdəki gözəgörünməz xərçəng mənbəyi - BENZOL

Gün ərzində kölgə məkanda pəncərələri bağlı şəkildə saxlanılmış maşının içində 400-800 mq benzol maddəsi toplanır. Əgər maşını 16 dərəcədən yuxarı temperatur olan günəşli yerdə park etsəniz benzolun səviyyəsi 2000-4000 mq a çata bilər ki, bu da məqbul sayılan səviyyədən 40 dəfə çoxdur. Avtosfer.az-ın xarici mətbuata istinadən məlumatına görə, qapalı pəncərəli maşına əyləşən insan tənəffüs yolu ilə yüksək miqdarda benzol qəbul etmiş olur. Benzol isə böyrək, sümük və qaraciyərə təsir edən toksindir. Ən pisi də odur ki, bu toksin zəhərləyicini dəf etməyə orqanizmin gücü çatmır. Mütəxəssislər maşının kondisionerini yandırmadan əvvəl pəncərələri 2 dəqiqə açıq saxlamağı tövsiyə edir. Tam olaraq nə üçün olduğu bilinməsə də, maşının yaxşı performansı üçün nəzərdə tutula bilər.
Araşdırmalara görə, kondisioner havanı soyutmadan əvvəl tərkibindəki toksin benzolu hava ilə ətrafa yayır. Benzol xərçəngə səbəb olur. Kondisioner işə düşən kimi maşın oturacaqlarının plastik hissələrindəki qoxunu hər birimiz hiss edirik. Buna görə bir neçə dəqiqə pəncərəni açıq saxlamaq lazımdır. Maşını işə salan kimi dərhal kondisioneri yandırmayın. Hər şeydən əvvəl pəncərələrini bir neçə dəqiqə açıq qoyub sonra kondisioneri yandırmaq lazımdır. Maşını işə salarkən də bir neçə dəqiqə pəncərələri açıq saxlayın.
Unutmayın, benzinin tərkibində sərbəst karbohidrogenlər və benzol kimi kanserogen qatqılar var.
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












