AXCP üzvünün ölümünə səbəb olan sürücüyə 5 İL 6 AY HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini Teymur Sağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T.Sağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Qəza zamanı E.İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyibər. E.İbrahimov dünən xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, qəzada dünyasını dəyişən Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvüdür.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












