Banner

«Ayıq sürücü» xidmətinin tarixi

Yazarlar 7 Mart 2015 07:40 Oxunub 2802
«Ayıq sürücü» xidmətinin tarixi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk dəfə "Ayıq sürücü" anlayışı 1920-ci ildə Skandinaviyada yaranıb

Azərbaycan dünya miqyasında hər zaman öz yenilikləri ilə tanınır. Bundan əlavə, hər il vətəndaşlarımızın rahatlığı üçün yeni-yeni xidmətlər yaranır. Bunlardan demək olar ki, ən yenisi “Ayıq sürücü” xidmətidir. Bu layihə bizə yeni tanış olsa da, tarixı ötən əsrə qədər gedib çıxır. Avtosfer.az-ın məlumatına görə, ilk dəfə "Ayıq sürücü" anlayışı 1920-ci ildə Skandinaviyada yaransa da, 1980 ci illərdə inkişaf etməyə başlayıb. Bu ideya Harvard Universitetinin Sağlamlıq fakültəsinin təşəbbüsü ilə 1988-ci ildə ABŞ-da qəbul edilib. Bu müxtəlif reklam çarxları ilə təbliğ olunurdu. ABŞ-ın Nəqliyyat Departamentinin reklam çarxı bu ifadə üzərində qurulmuşdu; "Dostlar dostlarına sərxoş vəziyyətdə avtomobil idarə etməyə imkan vermir”. Hətta ABŞ-ın sabiq prezidenti Bill Klinton bu proqramın fəal iştirakçısına çevrilmişdi və onu hərtərəfli dəstəkləyirdi. O “Ayıq sürücü” ideyasi ilə olan reklam çarxlarına televiziyada geniş yer verilməsi haqqındada sərancam belə imzalamışdı. Qeyri-hökümət təşkilatlarının da qoşulduğu “Ayıq sürücü” kampaniyası çox keçmədən ABŞ-da böyük şöhrət qazandı.

İnsanlar getdikcə “Ayıq sürücü” ideyasından daha çox istifadə etməyə başladılar. Bu kampaniyanın təbliği ilə 1988—1994 illərdə sərxoş vəziyyətdə avtomobil idarə etmə nəticəsində baş verən yol qəzaları günü-gündən azalmağa başladı. Bundan sonra universtitetlərin təşəbbüsü ilə bəzi təşkilatlar (xüsusilə Fort Collins, Kolorado RamRide Universiteti, Qərbi Miçiqan Universiteti, Texas və Drive Safe Kalamazoo Universiteti və s.) cümə və şənbə günləri bar və restoranlardan pulsuz “evə çatdırılma” xidməti təklif etdilər. 1995-ci ildə Belçikada sərxoş vəziyyətdə törədiliən yol qəzalarını azaltmaq məqsədilə «Ayıq sürücü» ideyası “Bob” layihəsində tətbiq edildi. Sonradan bu layihədən Hollandiya və Yunanıstanda istifadə etdi. Sürücüləri içkili vəziyyətdə avtomobil idarə etməkdən yayındırmaq üçün 2005-ci ildən Brazilayada spirtli içkilər istehsal edən “Diageo” şirkəti də “Ayıq sürücü” layihəsinə qoşuldu. Bu təbliğat az keçmədən bütün Avropa ölkələrində böyük populyarlıq qazandı və “Ayıq sürücü” xidməti bu ölkələrdə fəaliyyətə başladı.

Əgər siz spirtli içki qəbul etmisinizsə, özünüzü pis hiss edirsinizsə və ya çox yorğunsunuzsa –“Ayıq sürücü” xidməti sizin üçündür. Sadəcə zəng etməyiniz kifayətdir. 30 dəqiqədən sonra sürücü lazımi ünvana gəlib, sizin avtomobilinizə əyləşərək sizi rahatlıqla öz ünvanınıza çatdıracaq. Paytaxtımızın sakinləri də bu xidmətdən rahatlıqla istıfadə edə bilərlər. Azərbaycanda bu sahədə 50-dən çox şirkət fəaliyyət göstərir. Həmin şirkətlərin fəaliyyəti üçün hər hansı lisenziya tələb olunmur. Xidmət haqqı 10-20 manatdır. Məsafə uzandıqca, xidmət haqqı da artır. Bu xidmət bir növ "taksi" kimidir. Yəni sürücü müştərini istədiyi ünvana çatdırır. Fərq ondadır ki, idarə edilən avtomobil sifarişçinin-olur.

“Ayıq sürücü” xidmətinin əməkdaşlarının bildirdiyinə görə, sifarişlər mövsümdən və həftənin günlərindən asılı olaraq dəyişir. Ən çox sifariş şənbə və bazar günləri olur. Çünki növbəti gün qeyri-iş günü olduğundan, əksəriyyət istirahətə, müxtəlif məclislərə gedir. Bu xidmətdə çalışan sürücülər əsasən 30-35 yaş arasındadırlar.

P.S. İnzibati Xətalar Məcəlləsi. Maddə. 152-1.1. – Sərxoş vəziyyətdə avtomobil idarə etməyin cəzası 300 manat cərimə ödəməklə və ya 6 aydan 1 ilə qədər sürücülük vəsiqəsindən məhrum olmaq kimi qiymətləndirilir. Özünüzü və başqalarının həyatını qoruyun...

Azərbaycanda «Ayıq sürücü» xidmətindən bəhrələnmək istəyənlər 050-055 – 201-50- 44 saylı telefonlara zəng edə bilərlər. 

 

Günel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh