Azərbaycan maşın məzarlığına necə döndü?

Manatın devalvasiyasından sonra ölkəyə xaricdən, xüsusən də Gürcüstan ərazisi vasitəsilə gətirilən avtomobillərin sayında ciddi azalma müşahidə edilib. Bir çox ekspertlər bunu ölkədə vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Bəziləri isə bunun Azərbaycanın xeyrinə olduğunu düşünür və ötən il ölkəyə müasir standartlara cavab verməyən avtomobillərin buraxılmaması barədə verilmiş qərarı dəstəkləyirlər. Çünki onların fikrincə, Gürcüstan vasitəsilə Azərbaycana əsasən köhnə, Avropa və Asiyada artıq zibil hesab edilən, yararsız avtomobillər gətirilir. Avtosfer.az xəbər verir ki, bununla əlaqədar iqtisadçı-ekspert İlham Şaban Milli.Az-a bildirib ki, Azərbaycan artıq Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarından gələn köhnə, yararsız avtomobillərin qəbristanlığına çevrilib: "Müstəqiliyinin ilk illərində Azərbaycanın Avropaya və Asiya bazarlarına birbaşa çıxışı olmadığına görə, Avropa və Asiya avtomobilləri ölkəmizə əsasən Gürcüstandan və Dubaydan gətirilməyə başladı. Daha sonra isə bu, ənənə halını aldı. Son 15-20 ildə Azərbaycan bu ölkələrin avtomobil zibilliyinə çevrilib. Bu illər ərzində Avropa və Asiyanın 1000-1500 avroluq nə qədər zibil hesab edilən, atılmış, köhnə avtomobilləri vardısa, hamısı Azərbaycana daşındı. Bəziləri də bunun hansı təhlükələr yarada biləcəyini düşünmədən ucuz və sərfəli olduğuna görə onları aldılar".
Ekspertin fikrincə, Azərbaycandakı köhnə, istifadəsi təhlükəli olan nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilməlidir: "Rusiyada bununla bağlı utilizasiya proqramı həyata keçirildi, amma biz qaldıq bu zibilliyin içində. Qeyd edim ki, köhnə avtomobillərin istifadəsi çox təhlükəlidir. Çünki qəza baş verən zaman belə avtomobillərdə olan sürücü və sərnişinlərin həyatı ciddi təhlükə altına düşür. Oxşar qəzalarda yeni avtomobillərdəki insanlar yüngül xəsarətlə keçinə bilirlərsə, belə avtomobillərdəkilər ya çox ağır yaralanır, ya da həlak olurlar".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










