Azərbaycanda avtomobil nömrələrinin açıq alveri gedir - FOTOLAR
Azərbaycanda müxtəlif əşyaların, avtomobillərin, aksessuarların internetlə alqı-satqısını təşkil edən tap.az saytı fəaliyyət göstərir. Avtosfer.az-ın əməkdaşı həmin saytda maraqlı bir məqamla rastlaşıb. Belə ki, bu saytda avtomobillərin dövlət nömrə nişanlarının açıq satışı həyata keçirilir. Yol polisi dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət nömrə nişanları alqı-satqı predmeti ola bilməz. Nömrəni yalnız Dövlət Yol Polisi İdarəsi sata bilər. O da qanunda nəzərdə tutulmuş qaydadpa – adi nömrələr 22 manat, seriya və rəqəmlərindən asılı olaraq «zerkalni» nömrələr isə 500-2500 manata satılır. Lakin gəlin görək, tap.az-da satılan nömrələr hansılardır və qiyməti neçəyədir…
Avtomobil qeydiyyat nişanı
10-DL-070 – 3000 AZN
(055) 630-14-64 - Rüfət
90-NN-099 - 7 000 AZN
(050) 519-80-55 - Kənan
10-SF-030 – 1000 AZN
(050) 210-12-35 - Anar
90-XW-400 – 2200 AZN
(055) 822-22-80 - Ramin
10-HT-444 – 3500 AZN
(070) 288-28-32 - Musa
10-KR-009 (oformleniya daxil) - 15 000 AZN
(055) 654-91-12 - Muru Məmmədov
15-BD-005 – 1000 AZN
(070) 891-29-00 - Emin
10-NZ-303 – 350 AZN
(050) 404-72-00 - Ramil Məmmədov
50-BF-700 (xərcləri alan çəkəcək) – 850 AZN
(077) 379-02-02 - Anar Hüseynov
90-LX-700 – 3300 AZN
(050) 288-38-78 - Nəvai
10-OT-777 (qiymət sondu) - 15 000 AZN
(050) 254-37-77 - Rufan
10-CH-039 – 500 AZN + mənə təzə nömrə verilsin
(050) 361-19-80 - Niyaz Ciyərxanov
Hazırda həmin saytın bazasında 143 dövlət nömrə nişanı satışdadır. Hərə də bir cür qiymət yazıb. Bəziləri, nömrəni satarkən çəkiləcək xərcləri alan şəxsin boynuna qoyur, bəziləri, həm pul, həm də yeni nömrə istəyir. Göründüyü kimi, burada açıq bazardır. Hansı ki, yol polisinin də qeyd etdiyi kimi, nömrələr alqı-satqı predmeti ola bilməz. Bu gün «Dövlət rüsumu haqqında» qanuna görə, 10-OT-777 dövlət nömrə nişanının rəsmi qiyməti 500 manatdır. Amma bu siyahıda görürük ki, həmin nömrəni 15 min manata satışa qoyublar. Deməli, nömrə alver predmetinə çevrilib.
Bir müddət əvvəl Avtosfer.az saytı sosial şəbəkələrdə bir nəfərin 99 TT 999 nömrəsini 230 min manata satışa qoyması barədə xəbər yaydıqdan sonra hüquq-mühafizə orqanları həmin işlə məşğul olan 5 nəfəri həbs edib. Lakin belə görünür ki, nömrə alveri ilə məşğul olanlar qat-qat artıqdır.
Artıq 4 ildir «Yol hərəkəti haqqında» qanunda qeyd olunur ki, dövlət qeydiyyat nişanları Dövlət Yol Polisinin rəsmi internet səhifəsində açıq satışa qoyulmalı, üzərində də qiymətləri yazılmalıdır. Eyni zamanda, bu qaydalar DYP-nin bütün imtiahan-qeydiyyat məntəqələrində də həyata keçirilməli, nömrələr və onların qiymətləri tabolalarda yazılıb görünən yerdən asılmalıdır ki, vətəndaşlar hansı nömrəni istəsə seçsin və dövlət rüsumunu ödəyib alsın. Lakin DYP qanunun bu müddəasını hələ də icra etmir. Bunun qarşılığında isə bəzi işbazlar bu missiyanı yerinə eytirməyə başlayıb. Fakt göz qabağındadır. Qanun isə deyir ki, nömrə alqı-satqı predmeti ola bilməz. Hansısa sayt buna şərait yaradırsa, bu da bir müəmma olaraq qalır.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı – nömrəsi ayrıca alqı-satqının və ya başqa əqdin (bağışlama, dəyişmə və s.) predmeti ola bilməz. Bundan əlavə, nömrə avtomobildən kənar, yəni, avtomobilsiz heç bir hüquqi əhəmiyyət daşımır: «Artıq bir avtomobilə verilmiş nömrə yalnız təkrar qeydiyyat yolu ilə həmin avtomobildən alına, daha sonra qeydiyyat və ya təkrar qeydiyyat yolu ilə başqa avtomobilə verilə bilər.
Nömrənin bir avtomobildən digər avtomobilə keçirilməsi insan orqanlarının transplantasiyası kimi mürəkkəb bir əməliyyatdır. Sadəcə bu əməliyyatda tibb müəssisəsi və cərrah qismində DYP-nin qeydiyyat-imtahan məntəqəsi və onun səlahiyyətli əməkdaşları çıxış edə bilər. Yəni, iki sürücü DYP-nin iştirakı olmadan avtomobillərinin nömrələrini dəyişə bilməzlər.
Dövlət qeydiyyat nişanı bir avtomobildən digər avtomobilə keçirilərkən müvafiq qeydiyyat və təkrar qeydiyyat prosedurları zamanı qanunda nəzərdə tutulan dövlət rüsumları da ödənilməlidir. Təkrar qeydiyyat zamanı bütün nömrələr üçün rüsum 22 manatdır. Hətta, vətəndaş rəsmi rüsumu 500-2500 manat arasında nömrələrə də təkrar qeydiyyat zamanı cəmi 22 manat ödəməlidir. Amma bu zaman üzərində nömrə olan avtomobil də alan şəxsin adına rəsmiləşdirilməlidir. Qeyd olunan mürəkkəb proseduru keçməklə istənilən nömrəni bir avtomobildən digərinə keçirmək mümkündür».
Elməddin Muradlı