Azərbaycanda yol qəzaları 34 uşağı öldürdü

2015-ci ilin 6 ayında ölkə ərazisində baş verən yol qəzalarının sayında azalma müşahidə edilir. Yol nəqliyyat hadisələrinin böuük əksəriyyəti isə piadaların vurulması ilə bağlıdır.
Hər il olduğu kimi son statistikda piyada ölümlərinin sayı yenə də birinci sıradadır. Bunun qarşısını almaq üçün hüquq mühafizə orqanları müxtəlif sərt tədbirlər görsə də, yol nəqliyyat hadisələrində dünyasını dəyişən piyadalar yenə də əsas qurban olaraq qalır. Kimi piyadaların ölümündə günahı sürücülərdə, kimi də elə piyadaların səhlənkarlığında görür.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, 6 ay ərzində 408 piyada vurulması hadisəsi baş verib ki, nəticədə 143 nəfər ölüb, 313 nəfər isə yaralanıb. Qəza nəticəsində 34 uşaq ölmüş, 99-u isə yaralanıb. Ölən uşaqlardan 11-i, yaralananlardan isə 24-ü 7 yaşadək olan uşaqlardır. Qalanı isə 7 yaşdan 16 yaşadək olan uşaqlar təşkil edir.
Mütəxəssislər piyada ölümlərinin baş verməsini müxtəlif səbəblərlə əlaqələndirir. Burada müxtəlif faktorlar olsa da əsas səbəb sürücülərin intizamsızlığı və yol hərəkəti mədəniyyətinin aşağı olmasıdır.
Araşdırmalar göstərir ki, bəzi sürücülər hərəkətdə olarkən ya piyada zolağına və ya piyada zolağında olan şəxsə fikir vermir, ya həmin ərazidə sürət həddinə məhəl qoymur. Nəticədə də piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verir. Bəzən isə sürücülərlə yanaşı piyadaların da səhlənkarlığı sonda onları ölümə aparır.
Ekspert Ərşad Hüseynov bildirib ki, piyada vurulması ilə nəticələnən qəzalarda çox vaxt sürücü günahkar olur. Az hallarda qəza şəraitini piyada yaradır.
Mütəxəssislər piyada ölümlərinə səbəb olan digər bir faktı yollarda işıqlanma sisteminin zəif olması ilə əlaqələndirir. Çünki bir-birinə əks istiqamətdə hərəkət edən avtomobillər 30 metrdən uzağı görə bilmir. Nəticədə də piyadanın vurulması ilə sonlanan yol qəzası baş verir.
Sonda isə BDYPİ həm sürücülərə, həm də piyadalara yollarda diqqətli olmağı, sürücü mədəniyyətinə və intizama riayət etməyi çağırır.
ANS
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











