Bakı Beynəlxalq Avtovağzalında biabırçılıq; al gülüm, ver gülüm - VİDEO

Uzaq məsafələrə hərəkət edən sərnişin avtobuslarında xırdavat və qida məhsulları satmaq ənənəsi 90-cı illərin əvvəllərində yaranmışdı. İndi isə o dövrdün ən azı 20 keçməsinə baxmayaraq, Bakı Beynəlxalq Avtovağzalında hələ də bu vəziyyət hökm sürür.
Artıq dövrən dəyişib, insanlar dəyişib. Hər kəs bu səs-küyü, avtobusda alveri qəbul etmir. Amma avtobus sürücüləri öz maraqları naminə həmin alverçilərə şərait yaradırlar. Bu işdə marağı olanlar təkcə avtobus sürücüləri deyil, elə Avtovağzal rəhbərliyinin, əməkdaşlarının da marağı böyükdür.
Avtosfer.az-ın məlumatına görə, bu alverçilər Avtovağzalda gündəlik haqq verdikləri üçün avtobuslara bu cür rahatlıqla minib səyyar ticarətlə məşğul olurlar. Bütün bunların sərnişinlərin narahatlığına səbəb olduğunu isə düşünən yoxdur. Bu kadrlar dünən sosial şəbəkələrdə yayılsa da, payız fəslinə aid olsa da, hər gün bu mənzərə ilə rastlaşanlar var.
Videoya baxıb ötən günlərini xatırlayanlar da olacaq, gülənlər də. Bəli, bu elə əsl gülməli mənzərədir…
Emin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










