Sərnişinlərin daha bir narazılığı isə bəzi reyslərin ləğv olunması ilə bağlıdır.Onların sözlərinə görə qatarın hərəkət qrafikinə əsasən, axşam saatlarında 4 dəfə Sumqayıta reys olsa da, bunlardan yalnız 2-si yerinə yetirilir. Dəmir yolu işçiləri bunu sərnişin azlığı ilə izah edirlər. Bakıdan Sumqayıta qatar 16:00-da və 19:25-də yola düşür. 17:25 və 18:25 qatarları isə hərəkət etmir.
Bakı-Sumqayıt qatarının içi
Qatarın sürətinin artırılması ilə bağlı dəyişiklər sentyabr 19-20-də həyata keçirilməli idi. Lakin sərnişinlərin sözlərindən belə aydın olur ki, qatarın sürətində heç bir dəyişiklik olmayıb.
Bu qatarlar “Stadler Rail Group” şirkətinə məxsusdur. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Bu qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edəcək.
Xarici ölkələrdə isə sürət qatarları təyin olunan məsafəni daha tez qət edir.
Almaniya dünyada ən güclü və effektiv dəmir yol sisteminə malikdir. Ölkənin bir çox regionlarında qatarların sıx şəbəkəsi mövcuddur, vağzallar isə adətən əsas nəqliyyat qovşağı sayılır. Xətlərin əksəriyyətində hərəkət çox intensivdir. Gecə qatarlarından başqa, hamısı takt intervalı ilə hərəkət edir. Bir çox hallarda interval 10, 15, 20 və yarımsaatlıq olur. Almaniyanın paytaxtı Berlindən ona daha yaxın Potsdam şəhərinə qatarla 17-30 dəqiqəyə getmək mümkündür. Qatarlar isə hər 10 dəqiqədən bir gəlir.
Almaniya qatarı
Qonşu Rusiyada paytaxt Moskvadan qatar yaxın Podolsk şəhərinə 47 dəqiqəyə çatır. Qatarlar arasında interval isə 15 dəqiqədir.
Rusiya qatarı
“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibi Nadir Əzməmmədov bildirdi ki, qatarda uzunmüddətli gecikmə mümkün deyil. Amma müəyyən qədər ləngimələr ola bilər. "Qatarların çıxdığı və gəldiyi vaxt, həmçinin onun sürəti qeydə alınıb. Qatar müəyyən edilən qrafik əsasında hərəkət edir. Sadəcə yerlər təzədi və bəzi işlər getdiyi üçün, qatar 5-10 dəqiqə gecikir."
Dəmir yolları ilə bağlı, Nadir Əzməmmədov qeyd etdi ki, köhnə yollar yoxdu, əksinə yeniləri çəkilib. Sərnişinlərin təhlükəsizliyi təmin olunub. 2 reysin təxirə salınmasına gəlincə, bunun sürəti artmaq məqsədi ilə həyata keçirldiyini və müvəqqəti olduğunu bildirdi.
Nadir Əzməmmədov-“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi
Bakı-Sumqayıt qatarının sürəti özünü doğrultmadı
Yazarlar
22 Sentyabr 2015 14:20
Oxunub 7750
Sərnışinlər paytaxdan Sumqayıta getmək üçün 1 saata vaxt sərf etdiklərini deyirlər
Anspress
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR