«Bakı-Sumqayıt yolu ən təhlükəli yollardan biridir» - EKSPERT

Yol hərəkəti üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Sumqayıt yolunda baş vermiş dəhşətli qəza ilə bağlı fikirlərini açıqlayıb. Avtosfer.az-ın məlumatına görə, ekspert bildirib ki, Bakı-Sumqayıt marşrutu ilə işləyən əksər avtobus sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər”.
Ərşad Hüseynov bu gün Ceyranbatan qəsəbəsi yaxınlığında baş verən qəzada ən azı 3 ciddi təhlükənin rolu olduğunu vurğulayıb:
«1. Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşənə bənzər mikroavtobusların əksər sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər. Onların əksəriyyəti "Şumaher"dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər.
2. Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik, bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.
3. Ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı "qorumaq" olan metal sədlər real ölüm təhlükəsi doğurur, çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var və s.”.
Fərid
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











