Banner

Bakı yol polisi hərəkətə keçdi: bundan sonra...

Yazarlar 17 Fevral 2015 16:40 Oxunub 3551
Bakı yol polisi hərəkətə keçdi: bundan sonra...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bakının yol polisi "toy karvanları" ilə əlaqədar nəzarəti gücləndirəcək"

Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, toy mövsümü dövründə axşam saatlarında, onsuz da, sıxlıq müşahidə olunan paytaxtda toy şənliklərinin keçirildiyi restoran və şadlıq evlərinin həndəvərində, eləcə də “toy karvanları”nın hərəkəti zamanı yollarda avtomobillərin hərəkətində çətinlik yaranır. Belə ki, toy şənliklərinə gedən şəxlər avtomobillərini şadlıq saraylarının qarşısında qeyri-qanuni saxlamaqla yolu zəbt edərək digər nəqliyyat vasitələrinin hrəkətinə mane olurlar. Bəy-gəlini müşayiət edən “toy karvanları”nın hərəkəti zamanı isə əsl dərəbəylik yaşanır: “Toy karvanları”ndakı avtomobillər yolun hərəkət zolaqlarını bütünlüklə tutur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edir, yol ayrıclarını keçmə qaydaları pozur, yol boyu fasiləsiz səs siqnallarından istifadə edir, həddən artıq asta sürətlə hərəkət edir, avtomobilləri yollara bitişik şadlıq evlərinin qarşısında qanunsuz park edirlər. Sürücülərin qayda-qanunu belə kobud şəkildə pozmaları yollarda süni sıxlıq, tıxaclar yaradır. Bu isə sakinlərin narahatlığı və haqlı narazılığına səbəb olur”.

V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu hallara qarşı sərt tədbirlər görür. Lakin bundan sonra “toy karvanları” ilə əlaqədar nəzarətin daha da gücləndirilməsi və bu halların qarşısının alınması istiqamətində daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulur: “Yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək. Qayda-qanun pozan şəxslər aşkar edildikdə kimliyindən asılı olmayaraq qanun çərçivəsində cəzalandırılacaq”.

Bölmə rəisi qeyd edib ki, bəzən “toy karvanları”nda iştirak edən avtomobillərin sürücləri sərxoş halda sükan arxasında oturaraq ətrafa ölüm saçırlar. Məhz ötən ay belə hallardan birində “toy karvanı”ndakı avtomobillərdən biri yolu kənarında dayanmış 14 yaşlı qızı vuraraq öldürüb: “Ümumiyyətlə, 2015-ci il yanvarın 1-dən fevralın 15-dək isə Bakıda bəy-gəlin cütlüklərini müşayiət edən avtomobillər tərəfindən 5 yol nəqliyyat hadisəsi törədilib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2014-cü ildə isə Bakı və ətraf kəndlərdə “toy karvanları”nın hərəkəti zamanı 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Ötən il 2013-cü illə müqayisədə Bakıda "toy karvanları"ndakı avtomobillərin iştirakı ilə törədilən yol qəzalarının, eləcə də ölən və yaralananların sayı azalsa da, belə faktların mövcudluğu hələ də ciddi narahatlıq doğurur”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh