Bakıda 200 minlik maşınla piyadaların yolunu kəsdilər - DYP «görmədi» - VİDEO

Bakının mərkəzi küçələrinin birində qəribə vəziyyət yaranıb. «Hilton» otelinin sağ tərəfində – Zərifə Əliyeva küçəsində bahalı restoran açılıb. Elə açılandan sonra da həmin ərazidəki piyada keçidindən keçən piyadaların «günü qara olub». Avtosfer.az-ın əməkdaşları bir neçə gündür həmin ərazidə müşahidə aparırlar və məlum olub ki, orada hər gün eyni vəziyyət yaranır. Dünənki mənzərə isə video və fotolardan göründüyü kimidir. Daha doğrusu, vəziyyətin bir hissəsini əks etdirir. Burada hər gün onlarla maşın iki cərgədə dayanır. Maşın sahibləri isə sağ tərəfdəki restoranda olurlar. Yol polisləri bu mənzərənin yanından o yana-bu yana keçsələr də, heç nə «görmürlər». Bunun nəticəsidir ki, həmin zebradan yolu keçən piyadalar əziyyət çəkirlər. «Mercedes» markalı, 10 HA 555 dövlət nömrə nişanlı avtomobil piyada keçidinin üstündə park edilib. Özü də, elə edilib ki, sanki elə belə də olmalı imiş. Bir balaca irəli-geri ola bilməzdi. Tam olaraq zebranın üstündə dayanıb….
Burada söhbət təkcə 555-dən getmir. Ondan arxada dayanan iki avtomobil, ikinci cərgədə dayanan «Prado» da kobud qayda pozuntusuna yol verir. Qeyd etdiyimiz kimi, hər gün burada eyni mənzərə yaranır. Hər gün də buradan ən azı 20-30 yol polisi əməkdaşı keçib gedir. Amma…
Bu vəziyyət piyadaların həyatı üçün təhlükəlidir. Çünki piyada keçidinə yaxınlaşan sürücülər keçidin üstündə, keçiddən geridə park edilən maşınların ucbatından yola çıxan piyadanı görə bilmirlər. Bu isə hər an ölümə səbəb ola bilər.
Qanunvericiliyə görə, piyada keçidinin üstündə və keçidə bir neçə metr qalmış avtomobil saxlamaq olmaz. Çünki məntiqə görə, yolda hərəkət edən avtomobillərin sürücüləri piyadanın keçidə daxil olduğunu uzaqdan görməlidir. Burada isə piyada yalnız keçiddə hərəkət edəndə, daha doğrusu, maşınların arasından keçidə çıxanda görmək olur…
Ümid edirik ki, yol hərəkəti təhlükəsizliyini təmin etməli olanlar qanunlara maşınların qiymətinə və onun nömrə nişanına görə yanaşmayacaqlar. Və yaxud da, restoran sahibinin kimliyinə görə bu maşınlara və onların sahiblərinin əməlinə göz yummayacaqlar.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?













