Bakıda idmançıları vuran avtobus sürücüsü ilə bağlı ŞOK xəbər - Çəkələklə sürürmüş

Bakıda Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı çətin durumdadır. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Vanessa Şahinoviçin həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir.
Bu arada onun valideynləri yeni mənzil axtarışındadırlar. Bunu Avstriyanın sport.at saytı yazır. “Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır. Lakin ailə yaşadıqları Wiener Neudorfda qalmaq istəyir. Böyük, maneəsiz və daha yaxşı bir ev inşa edilə bilər - münasib torpaq sahəsində münasib bir ev” - deyə Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edir. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edir.
Məqalədə deyilir ki, avstriyalı idmançı Bakıdakı Avropa Oyunlarına sinxron üzgüçü kimi getmişdi və medal uğrunda mübarizə apacağını düşünürdü. Lakin hər şey əksinə oldu. O, yaşam uğrunda mübarizə aparmalı oldu. Avstriyalı həkimlər Sahinovic-in üzərində əməliyyat aparandan sonra onu süni koma vəziyyətində saxlamağa qərar vermişdilər.
Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, "sürücü" qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir. Onun bud və çanaq nahiyəsi, həmçinin bel sümüyü ciddi zədə alıb. İndi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.
İyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Digər iki idmançının xəsarəti ağır olmayıb. Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.
Avtosfer.az-ın məlumatına görə, Avtriya saytı "sürücü" qaz pedalıya əyləci dəyişik salıb» cümləsində maraqlı məqama toxunub. Əldə etdiyimiz məlumata görə, hazırda istinataq altında olan həmin sürücü avtobusu idarə edərkən ayağında çəkələk olub. Çəkələyin ilişməsi nəticəsində sürücü qazla əyləc pedalını qarışıb salıb və belə bir ağır qəzaya səbəb olub.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













