Bakıda məmurların "şlaqbaum oyunu" – FOTO

Bakıda bəzi küçələrdə binaların qarşısında yeni şlaqbaumlar peyda olmağa başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-in əməkdaşının Bakının bəzi yerlərində apardığı müşahidələr zamanı bu məsələ ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Şlaqbaumlara daha çox məmurların və iş adamlarının yaşadığı binaların ərazisində rast gəlinir.
Məsələn, Bakıda "milyonerlər məhəlləsi" kimi tanınan Məmməd Araz (keçmiş Teymur Əliyev) və ona yaxın İbrahimpaşa Dadaşov küçələrində şlaqbaumlar quraşdırılıb. Burada yaşayan bəzi sakinlərin şlaqbaumları açmaq üçün pultu var. Pultu olmayanlar isə avtomobillə həyətə daxil olmaq üçün kimdənsə xahiş etməlidirlər. Sözügedən küçələrdə şlaqbaumların qoyulması bir yana, həmçinin "giriş qadağandır" yazılan plakatlar mövcuddur.
Bu isə təbii ki, ərazidən keçən və ya qonaq gələn insanların haqlı narazılığına səbəb olur. Onlar avtomobillərini saxlamaq üçün ya yer tapmır, ya da maşınlarını kənar yerlərdə saxlamağa məcbur olurlar. Halbuki, şlaqbaumların quraşdırıldığı binanın həyətində avtomobillərin yerləşməsi üçün xeyli boş yer var.
Bundan başqa, stadion və idman qurğuları ətrafında, həmçinin Qaradağ rayonu ərazisindəki Sahil qəsəbəsində dənizə yaxın villaların qarşısında da şlaqbaumlar var.
Maraqlıdır, məmurların və ya imkanlı şəxslərin bu addımı atmaqda məqsədləri nədir? Bununla özlərini cəmiyyətdən təcrid etmək, yoxsa insanları siniflərə ayırmaq istəyirlər? Bu sualların cavablarını, yəqin ki, həmin şlaqbaumları evlərinin yerləşdiyi binaların qarşısında quraşdıran insanlar daha yaxşı bilər. Narahatlıq doğuran məqam odur ki, bu hal adət halını ala bilər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, binaların qarşısına şlauqbaumlar qoyulması qanunla tənzimlənir: "Qanunla da sədlərin, şlauqbaumların özbaşına qoyulması yolverilməzdir. Buna görə məsuliyyət nəzərdə tutulub".
Şlaqbaumların yerləşdiyi Məmməd Araz və İbrahimpaşa Dadaşov küçələrindən fotoları təqdim edirik.



Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










