Bakıda polisin paqonunu sökənlərə cinayət işi açıldı

Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu metroda baş verən xuliqanlıq hadisəsi ilə bağlı açıqlama yayıb. Bu barədə Avtosfer.az Bakı şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin Polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq ediblər. Hər iki şəxs tahir Mikayılova bədən xəsarətləri yetiriblər, həmçinin üzərində olan xidməti geyim formasının paqonunu söküblər. Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












