Bakıda qəribə yol nişanları – DYP bolluğa düşüb - FOTO

Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı daha bir müəmmalı və məntiqsiz məsələ ortaya çıxıb. Avtosfer.az-ın əməkdaşı Babək prospektinə gedən yolda – «10-cu zavod dairəsi» kimi tanınan ərazidə yol nişanları ilə bağlı qəribə mənzərə ilə rastlaşıb. Yusif Səfərov küçəsi ilə hərəkət edib sağa dönərkən yol haçalanıb Heydər Əliyev və Babək prospektinə gedir. Yolun haçalandığı yerdən 50 metr ilədi «Dayanmaq qadağandır» nişanı qoyulub. Nişanın altında isə 500 metr yazılıb. Yəni, bu nişanın qoyulduğu yerdən başlayaraq 500 metr məsafədə avtomobillərin dayanması qadağandır. Lakin 30 metr irəlidə qəribə mənzərə var. Burada isə «Dayanma-durma qadağandır» nişanı qoyulub və onun da altında «500 m» yazılıb. Yəni, bu nişandan sonra 500 metr məsafədə avtomobillərə dayanmaq və durmaq olmaz. Təxminən 100 metr irəlidə isə yenə də dayanma-durmanı qadağan edən nişan qoyulub.
Biz Avtosfer.az saytı olaraq bu məsələyə hər hansı şərh vermirik. Sadəcə olaraq, gördüyümüz mənzərəni təsvir edirik. Ümid edirik ki, həmişə yol nişanlarının çatışmazlığından gileylənən Dövlət Yol Polisi bu nişanları hara gəldi səpələməyi və bunun məntiqi əsasını açıqlayacaq…
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
















