Bakıda qırmızı işıqdan keçən baykerin törətdiyi ağır qəzanın REAL VİDEOsu

Avtosfer.az ötən il dekabrın 29-da Bakıda motosikletçinin törətdiyi yol qəzasının videosunu əldə edib. DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, motosiklet təhlükəli manevrlər edir və svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Bu zaman soldan hərəkət edən “Chevrolet” markalı avtomobillə toqquşan motosiklet və sürücü asfalta çırpılır.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb. N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb.
Qeyd edək ki, “Chevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub. Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb».
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












