Bakıdakı avtobus qəzaları nəzarətə götürüldü

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sərnişin avtobuslarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri (YNH) ilə bağlı məsələlərə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, E.Sultanov trend-ə bildirib ki, Tovuzda 4 nəfərin ölümü və 7 nəfərin yaralanması ilə nəticələnən qəza faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü) maddəsi üzrə cinayət işi başlanılıb. Avtobusun sürücüsü şübhəli şəxs qismində tutulub.
Bakının Nizami rayonunda baş vermiş YNH-ə gəlincə, E.Sultanov qeyd edib ki, iki nəfərin ölməsi ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Nizami rayonunda baş vermiş qəzada 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan ikisinə yerindəcə tibbi xidmət göstərilərək evə buraxılıb, qalan 7 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami rayon Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir. Hazırda qəza yerindən qaçmış avtobus sürücüsünün saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
E.Sultanov əlavə edib ki, hər iki yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar daxili işlər naziri və baş prokurorun nəzarətinə götürülüb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












