Bakının dar küçələri iki günə genişləndi - İNANILMAZ

Bəlkə də neçə illərdir Bakıda yaşayanlar inana bilməzdi ki, Zərgərpalan küçəsində nə vaxtsa iki maşın yan-yana hərəkət edə bilər. Amma bu gün Avtosfer.az-ın əməkdaşlarının Bakı küçələrində apardığı müşahidələr zamanı məlum olub ki, nəinki Zərgərpalan, bir çox darısqal küçələri elə təmizləyiblər ki, adam gördüyünə inana bilmir. Vaxtilə bir maşının güclə hərəkət etdiyi küçələrdə indi iki maşın yan-yana gedə bilir. Belə ki, Bəşir Səfəroğlu, Zərgərpalan, Mirzağa Əliyev, Çingiz Mustafayev, habelə, Mərkəzi Univermağın, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, «Azdrama»nın, «5 mərtəbə»nin ətrafındakı darısqal küçələrdə təmizləmə əməliyyatına başlanılıb. Qeyd olunan küçələrdə yolun sağ və sol hissəsində, piyada səkisində park edilən maşınları artıq orada görmək mümkün deyil. Bununla yanaşı, həmin küçələrə dayanma-durmanı qadağan edən yol nişanları da qoyulub ki, bu nişanın təsir zonasında maşın saxlayanları cərimə gözləyir. Ən yaxşı halda 20 manat, ən pis halda isə maşın evakuasiya olunmaqla 40 manat cərimə nəzərdə tutulur.
Zərgərpalan küçəsinin baş tərəfində polis maşını dayanıb. Polis əməkdaşları qaydaya əməl etməyən sürücülərə xəbərdarlıq edərək maşınları götüzdürürlər.
Bundan əlavə, qeyd olunan küçələrdə sakinlər yola dirək basdıraraq zəncir bağlamaqla piyada səkilərini zəbt edirdilər. Orada maşın saxladıqda isə piyada yolu tamam bağlanırdı. Artıq səkilərdə həmin dirəklərin və zəncirlərin də sökülməsinə start verilib.
Əldə etdiyimiz məlumata görə, proses bu həftə ərzində davam etdiriləcək və şəhərin mərkəzindəki bütün darısqal küçələrdə dayanma-durmanı qadağan etməklə yanaşı, zəncirlərin, dirəklərin sökülməsi də həyata keçiriləcək.
Qeyd edək ki, indiyədək Fövqəladə Hallar və Nəqliyyat nazirlikləri həmin dirəklərin və zəncirlərin sökülməsini bir neçə dəfə həyata keçirib. Çünki yanğın zamanı həmin darısqal küçələrdə yanğınsöndürən maşınların hərəkətində çətinlik yaranır. Ən əsası isə qanunvericiliyə görə, yolun hərəkət hissəsində, istər asfaltda, istərsə də piyada səkisində hər hansı məhdudiyyətin tətbiq edilməsi, zəncirləmə və ya bu kimi digər əməllər birmənalı şəkildə qadağan edilir. Lakin son illər yuxarıda adları çəkilən küçələrdə, habelə digər ərazilərdə hər kəs evinin pəncərəsinin və ya qapısının ağzına dirək basdırıb zəncir vurmaqla maşın üçün parkinq düzəldir. Nəticədə isə piyadalar yolun ortasında hərəkət etməli olur ki, bu da yol hərəkəti təhlükəsizliyi baxımından olduqca təhlükəli bir əməldir.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














