Bakının kənarında "bazar" olan bazar: qanunu pozanlar kimlərdir? - FOTO

Bakıda hər gün tıxac müşahidə olunan yerlərdən biri "8-ci kilometr" bazarının qarşısıdır. Həftənin bütün günləri bazarın qarşısı tıxac olur. Tıxacın yaranmasının səbəbləri sürücülərin özbaşınalığı, sərnişinlərin də məsuliyyətsizliyidir. Avtosfer.az musavat-a istinadən xəbər verir ki, bu yolun tıxacı ilə bağlı bir neçə dəfə yazı dərc edib. Tıxacın yaranma səbəbləri, bu tıxacdan xilas olmağın yolları haqda geniş məlumat verilib. Bu dəfə də eyni mövzuya toxunaraq tıxacın yaranma səbəbləri sırasında sürücülərin özbaşınalığını diqqətə çatdıracağıq. Təbii ki, sürücülərin özbaşınalığının səbəbi də Dövlət Yol Polisi (DYP) əməkdaşlarının qeyd edilən ərazidə demək olar ki, xidmət aparmamasıdır.
Tıxacın yaranmasına səbəb ilk olaraq yol kənarında dayanan taksilər və bazara gələn şəxslərin maşınlarıdır. Növbəti kobud qayda pozuntularına isə avtobus sürücüləri yol verirlər. Onlar avtobusları istədikləri yerdə saxlayıb sərnişin götürürlər. Tıxacın son nöqtəsini isə minik avtomobillərinin sürücüləri qoyurlar. Tıxacdan tez bir zamanda çıxmağa çalışan sürücülər əks istiqamətdən gələn maşınların qarşısına keçərək yolu tamamailə bağlayırlar.
Qanunu pozanlar arasında avtobus sürücüləri və taksilərlə yanaşı dövlət idarələrinə məxsus maşınlar, polis əməkdaşlarının xidməti maşınlarını da görmək mümkündür.
Ciddi problemlərdən biri də piyadaların işıqfora və yeraltı keçidə fikir vermədən maşınların arasından yolu keçməyə çalışmasıdır. Bu da maşınların hərəkətini ləngidir və tıxacın artmasına səbəb olur.
Ərazidə 1 saata yaxın müşahidə aparsaq da, DYP əməkdaşlarını görə bilmədik. Post Patrul Xidmətinin əməkdaşları tıxacı aradan qaldırmağa, avtobusların hərəkətini sürətləndirməyə çalışırdılar.
Tıxac problemindən bezən sürücülər və sərnişinlər yaxın günlərdə bu problemin həll olunacağına ümid edirlər. Ümidə səbəb bazarın qarşısında 7 mərtəbəli dayanacağın tikilməsidir. Ödənişli olacaq dayanacaq istifadəyə verildikdən sonra tıxac probleminin qismən də olsa, həll olunacağı gözlənilir. Dayanacağın bu ayın sonuna istifadəyə verilməsi planlaşdırılır.



"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










