Reklam

Bakının tıxac dərdi: Səbəb və çıxış yolları - RƏSMİ

Yazarlar 12 May 2016 09:20 Oxunub 2346
Bakının tıxac dərdi: Səbəb və çıxış yolları - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orada həmişə nəqliyyatın sıxlığı müşahidə edilir

Bir neçə il əvvəllə müqayisədə hazırda Bakı yollarında nəqliyyat sıxlığının müşahidə edilməsi halları azalıb, hərəkət sürəti isə artıb. Lakin nəqliyyat sıxlığı dünyanın hər yerində var. Məsələn, İstanbul, Moskva ilə müqayisə etsək, görərik ki, bizdə sıxlıq yaranırsa, onlarda əməlli-başlı tıxac olur. Yəni bizdə avtomobillər, demək olar ki, dayanmır. Minimum sürət 8-10 km/saat-a düşür, amma dayanmır. O da ki günün müəyyən vaxtlarında. Bu barədə milli.az-a açıqlamasında Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin sözçüsü Rauf Mirqulamov bildirib.

Onun sözlərinə görə, təhlillər göstərir ki, paytaxtda gündəlik olaraq avtomobillərin ən çox sıxlığının müşahidə edildiyi yollar Azadlıq və Ziya Bünyadov prospektləri, Koroğlu Rəhimov küçəsi, həmçinin Tbilisi prospektində  20 Yanvar dairəsindən Bakıxanov küçəsinədək, həmçinin Bakıxanov, Akademik Həsən Əliyev, 28 May, Fətəli Xan Xoyski, Rəşid Behbudov, Səməd Vurğun küçələridir. Sıxlıqlar əsasən günün səhər və axşam saatlarında müşahidə edilir:

"Azadlıq prospektindəki sıxlıq əsasən Süleyman Rəhimov küçəsi ilə kəsişmədən başlayaraq 28 May küçəsinə doğru düşən hissədə baş verir. Orada yol çox dar, cəmi üç zolaqlıdır. Onun da sağ və sol zolaqlarında avtomobillər durur. Yəni qanunsuz parkinq edirlər. Üstəlik, hələ yolun hərəkət hissəsində də saxlayanlar olur. Ona görə də yolda avtomobillərin keçib hərəkət etməsi üçün çox az bir hissə qalır. Həmin yol isə günün bütün saatlarında ən çox istifadə edilən yollardan biridir. Oradan avtobuslar da keçir. Bütün bunlar isə sıxlığa gətirib çıxarır. Orada istər günün pik, istərsə də adi vaxtları olsun, demək olar ki, həmişə nəqliyyatın sıxlığı müşahidə edilir. Bundan əlavə, Cəfər Cəbbarlı heykəlinin yaxınlığında metro stansiyası, böyük ticarət mərkəzləri, ofislər, ali məktəb, yaşayış binaları var. Həmin ətrafda gediş-gəliş çoxdur. Bu da sıxlığın yaranmasına səbəb olur.

Ziya Bünyadov prospektində sıxlıq əsasən səhər və axşam saatlarında olur. Müşahidələrə görə, səhər saatlarında tam sıxlıq olmasa da, hərəkətin sürəti minimuma düşür. Bu, Qələbə dairəsi və metronun "20 Yanvar" stansiyası istiqamətində, axşam saatlarında da müvafiq olaraq əks istiqamətdə olur. Bu prospekt açılandan sonra ən əhəmiyyətli yollardan birinə çevrilib. Əvvəllər Bakı kəndlərindən, Aeroport şossesi, eləcə də 8-ci km qəsəbəsi tərəfdən gələnlər və 20 Yanvar istiqamətinə gedənlər Heydər Əliyev prospekti ilə hərəkət edirdilərsə, indi onların əksəriyyəti Ziya Bünyadov prospektindən istifadə edir. Bu yol geniş, rahat yoldur. Ona görə də çox istifadə olunduğundan orada sıxlıq yaranır.

Koroğlu Rəhimov küçəsində isə sıxlıq əsasən günorta saatlarında və axşama doğru olur. Bu küçə də ən çox istifadə edilən yollardan biridir. Həmin küçədə Gülayə Qədirbəyova küçəsi və ya Heydər Əliyev prospektinə doğru istiqamətdə sıxlıq olur. Orada yolun tən ortasında piyada keçidi var və olmalıdır da. Amma insanlar yolu pərakəndə şəkildə keçirlər deyə avtomobillər məcburən saxlayıb yol verməli olurlar. Nəticədə avtomobillərin sıxlığı yaranır. Bundan əlavə, orada da ən çox sürücülərin Heydər Əliyev prospekti istiqamətdə, yolun sağında avtomobilləri qanunsuz saxlaması yolun daralmasına səbəb olduğundan keçid çətinləşir, sıxlıq yaranır".

R.Mirqulamov qeyd edib ki, yollarda nəqliyyatın sıxlığının qarşısının alınması üçün tədbirlər görülsə də, hələlik bu problemi tam aradan qaldırmaq mümkün deyil: "Məsələn, işıqforların iş rejiminə müdaxilə ilə, "yaşıl dalğa" tətbiq etməklə mümkün qədər bu sıxlığın qarşısını almağa, onun aradan qalxmasına çalışırıq. Amma hələ ki, bu problemi tam aradan qaldırmaq olmur. Bunun çox səbəbi var. Bəzən olur ki, hansısa küçə və prospekt təmir edildiyi üçün, bəzən isə dövlət əhəmiyyətli tədbir keçirildiyi üçün yollar bağlı olur. Bu isə təbii olaraq digər yollarda nəqliyyat sıxlığının yaranmasına gətirib çıxarır. Amma ən əsas səbəb yol kənarında qanunsuz parklamalardır. Məsələn, 28 May küçəsi Rixard Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək yolun hər iki tərəfində, hətta ikinci, üçüncü zolaqda maşınlar saxlanılır. Bütün bunlar isə təsirsiz ötüşmür".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh