Belə özbaşınalıq olmamışdı; DYP-dən xəbərsiz yol nişanı qoydular – FOTO

Bu gün Avtosfer.az-ın əməkdaşı Bakıda tanınmış brend mağazaların qarşısında qanunsuz yol nişanının quraşdırılmasının şahidi olub. Əslində, bu yol nişanı qanunvericilikdə də mövcud deyil. Lakin bəzi işbazlar öz obyektlərinin qarşısında bu nişanı quraşdıraraq özlərinə park yeri düzəldirlər. Amma Cavanşhir körpüsünü keçən kimi – Üzeyir Hacıbəyli küçəsində («Ferrari» mağası ilə eyni cərgədə) sağ tərəfdəki binanın birinci mərtəbəsində yerləşən bahalı mağazaların sahibləri özbaşına olaraq «P-xidməti» yazılmış nişan quraşdıraraq binanın qarşsında – piyadaların hərəkət etdiyi səkidə avtomobilləri park edirlər. Fotolardan da göründüyü kimi, bahalı mağazanın qarşısında bahalı maşınlar dayanıb. Bu nişanı isə həmin əraziyə bir-iki gün əvvəl quraşdırıblar.
Avtosfer.az məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarənən bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, sözügedən məsələ araşdırılıb və məlum olub ki, bu yol nişanı yol polisindən xəbərsiz quraşdırılıb: «Hazırda həmin nişanın kim tərəfindən quraşdırılması araşdırılır. Bu, qanunsuz bir əməldir və bunu edənlər tapılıb cəzalandırılacaq».
Vaqif Əsədov onu da deyib ki, Avtosfer.az bununla bağlı məsələ qaldırdıqdan sonra yol nişanı həmin ərazidən götürülüb və səkidə maşın saxlayan sürücülər barəsində də protokol tərtib olunub.
Avtosfer.az bildirir ki, ölkəmizdə bütün yol nişanları “Yol hərəkəti haqqında” Qanuna 4 saylı Əlavədə verilib. Ölkəmizin yollarında, küçələrdə, prospektlərdə 4 saylı Əlavədə göstərilməyən hər hansı nişan tətbiq edilə bilməz.
Şəkillərdə gördüyümüz nişan 4 saylı Əlavədə mövcud deyil. Ona görə də belə nişan heç bir yerdə qoyula bilməz. Bu nişanın hər hansı bir yerdə qoyulması o deməkdir ki, onu qoyan şəxslər qanunvericiliyin tələblərini aşkar şəkildə pozaraq həmin nişanı özbaşına quraşdırıblar. Nişanın özbaşına quraşdırılmasına görə isə İnzibati Xətalar Məcəlləsinin 161.2-ci maddəsində fiziki şəxslər üçün 30-50 manat, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün 1500-2000 manat cərimə nəzərdə tutulur.
Ölkəmizdə avtomobillərin duracaq (parklanma) yerini bildirmək üçün şəkildə gördüyünüz 5.15 nişanından istifadə olunur. Həmin nişan müvafiq yol sahəsinə, küçəyə, prospektə yalnız yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı ilə DYP-nin müvafiq qurumu tərəfindən qoyula bilər.
Elməddin Muradlı
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...















