Belə təhlükəli yollarımız da var – Dərənin dibinə düşə bilərsiz - FOTO

Azərbaycanda elə təhlükəli yollar var ki, kiçik bir səh ucbatından dərənin dibinə düşə bilərsiz. Məsələn, Quba-İspik-Xınalıq yolu bu xüsusiyyətlərinə görə, digər avtomobil yollarından seçilir. Xüsusilə, yolda bir neçə yerdə sərt aşırımın olması, təbrübəsiz sürücülər üçün əsl təhlükə mənbəyidir. Əsasən də, qış aylarında bu yolda hərəkət daha da çətinləşir. Quba 6 saylı Yol İstismar İdarəsi şaxtalı-qarlı günlərdə nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün qabaqlayıcı tədbirlər görüb. 730 kubmetr qum-duz qarışı yola səpilmək üçün müvafiq yerlərə yığılıb.
Avtomobil yolunda bütün lazımi qabaqlayıcı tədbirlər görülsə də, qarlı-şaxtalı günlərdə təbiətin surprizləri qaçılmazdır. Yolun keçdiyi ərazilərdə qar uçqununun baş verməsi gözlənilir.
Quba-İspik-Xınalıq avtomobil yolunda bir oxlu avtomobillərin hərəkəti təhlükəlidir. Həmçinin bu yolu gedən sürücülər nəqliyyat vasitələrinin təkərlərinə də fikir verməlidirlər. 57 km uzunluğu olan Quba-İspik-Xınalıq avtomobil yolu 12 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirir.
Region TV
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?














