Benzinin ucuzlaşması yenidən gündəmdə

Son bir neçə aydır ki, dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Bunun nəticəsində bir çox ölkələrdə benzinin qiymətində azalmalar var. Ölkəmizə xaricdən idxal edilən Premium benzinin (Avro 95) qiymətində isə azalma müşahidə edilmir. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı millət vəkili Vahid Əhmədov azvision.az-a bildirib ki, benzinin qiyməti dəyişməlidir. Deputatın fikrincə, qiymətlərin ucuzlaşması üçün baxmaq lazımdır ki, benzin neçəyə başa gəlir, hansı emaldan keçir, necə istehsal olunur. Elə benzin var ki, bizdə istehsal olunmur və xaricdən idxal olunur. "Bu məsələyə Tarif Şurasında baxılmalıdır və orada qərar verilməlidir”.
Milli Məclisin üzvü hesab edir ki, dünya bazarında neftin qiyməti kəskin aşağı düşübsə, ölkəmizdə benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır.
Tarif Şurasından isə bildirilib ki, ölkə ərazisində istehlak olunan benzinin əksər hissəsi (təxminən 95%-i) Aİ-92 markalı benzindir və bu markalı benzin tamamilə daxildə istehsal edilir.
Qeyd edilib ki, Tarif Şurası tərəfindən 2013-cü il 3 dekabr tarixindən Aİ-92 markalı benzinin pərakəndə satışı üçün qiymət hər litr üçün 70 qəpik müəyyənləşdirilib.
Dünya bazarında xam neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətinin aşağı salınmamasına gəlincə, Aİ-92 markalı benzinin qiymətinin formalaşmasına (maya dəyərinə) təsir edən xərclər (xam neftin hasilatına və emalına çəkilən xərclər, qiymətə daxil olan vergilər və s.) qiymətin müəyyənləşdirildiyi tarixdən dəyişməyib: "Eyni zamanda, Aİ-92 markalı benzin daxili istehsal olduğundan dünya bazarında baş verən proseslərin onun qiymətinə təsiri yoxdur. Odur ki, hazırda Tarif (qitmət) Şurasında benzinin qiymətinin dəyişişdirilməsi məsələsi müzakirə olunmur”.
Tarif Şurasından bildirilib ki, hazırda ümumi istehlakda payı çox az olan (təxminən 4-5%) "Premium Avro-95” benzini isə Azərbaycana idxal olunur və bu markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










