Binəqədidə yol qırağındakı təpələr niyə sökülür?- Fotolar

Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-Sumqayıt magistral yolunun kənarında saldığı təmtaraqlı təpələr sökülür. Söküntü işlərinə bu gün başlanılıb. Artıq 200 metrə yaxın ərazi sökülüb. Avtosfer.az xəbər verir ki, musavat.com-un müxbiri bu gün adıçəkilən ərazidə olub və milyonlarla manat vəsait hesabına başa gələn bu yaşıllığın sökülməsinin səbəbləri ilə maraqlanıb: “Hazırda burada ağır texnikalar işləyir. Söküntü işlərinə “Avtovağzal” istiqamətində başlanılıb.
Ərazidə İcra Hakimiyyətinin nümayəndələri olmadığından söküntü işlərini aparan Faiq adlı şəxslə həmsöhbət olduq. Qazıntı işi aparan şəxs bildirdi ki, bu təpələrin yerində metronun “Avtovağzal” stansiyasının keçidi olacaq: “Təqribən 200 metrə yaxın ərazini sökəcəyik. Bu təpələrin yerində metro keçidi olacaq. Burada dayanacaqlar yaradılacaq. Sakinlər “Avtovağzal” metrostansiyasına keçidlər vasitəsi ilə keçəcəklər. Yalnız keçid üçün nəzərdə tutulan ərazini sökəcəyik”.
Təpələrin söküntüsü zamanı ehtiyatsızlığa yol verildiyindən yol kənarında yerləşən ağaclara da ziyan dəyib. Metro keçidi üçün yolun digər tərəfində də iş aparılır. Orada da ağaclar məhv edilib, bir çoxu torpağın altında qalıb.
Söküntü işləri səbəbindən magistral yolun bir hissəsinin qapadılması nəqliyyatın hərəkətinə də mane olub. Yolda tıxac yarandığından avtomobillərin hərəkətinin intensivliyi azalıb. Bundan əlavə, körpünün üzərindəki avtobus dayanacağının ləğv edildiyindən xəbərdar olmayan sərnişinlər orada gözləməli olublar. Binəqədi bələdiyyəsinin xəbərdarlıq lövhəsi vurulsa da, vətəndaşlar yolu bağlayan əngəlin üzərindən keçməklə dayanacağa gəlirlər”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
























