Bir yolda 2 keçid var; biri altda, biri üstdə - VİDEO

Bir yolda yan-yana 2 keçid var. Biri yeraltı, digəri isə yerüstü. Sürücüləri çaş-baş salan bu piyada keçidləri paytaxtın Nərimanov rayonu Fətəli xan Xoyski prospektində - Tofiq Bəhrəmov adına stadiona gedən yolda yerləşir. Eyni mənzərə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı yolda da yaşanır. Burada da yeraltı piyada keçidi olmasına baxmayaraq, keçidin bir neçə metr yaxınlığında yerüstü piyada zolağı da qoyulub. Bəzi piyadalar isə özlərini təhlükəyə ataraq, yerüstü keçiddən istifadə edirlər.
Ekspertlər isə bu cür piyada keçidlərinin qəza şəraiti yaratdığını bildirirlər. "Yol hərəkəti haqqında" qanunda isə piyada keçidləri arasında məsafə konkret olaraq göstərilib.
"Azəryolservis"dən isə "Xəzərə Xəbər"ə bildirildi ki, Tofiq Bəhrəmov adına Stadiona gedən yoldakı yeraltı piyada keçidi müvəqqəti istifadəyə verilib. Tam istifadəyə verildikdən sonra həmin keçid dövlət aktı ilə "Azəryolservis"in balansına veriləcək. Bundan sonra isə həmin keçidin yanında olan piyada zolağı ləğv ediləcək. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı yolda olan keçidə gəlincə isə, bildirildi ki, orada piyada keçidini bildirən nişan götürülüb. Bunun üçün də piyadalar yoldakı zolaqdan deyil, yeraltı keçiddən keçməlidirlər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












