BMT, Nigar Camal və yol qırğını – Təbliğat onun nəyinə lazım?

Yazarlar 13 İyul 2015 02:09 Oxunub 7216
BMT, Nigar Camal və yol qırğını – Təbliğat onun nəyinə lazım?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Dəfələrlə tədbirdərə çağırsaq da, iştirak etmədi»

2011-ci ildə «Avrovision» yarışmasının qaliblərindən biri olan müğənni Nigar Camal elə həmin il BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri təyin edildi. Avtosfer.az xəbər verir ki, dünya ölkələrindən bu vəzifəyə seçilənlər öz ölkələri ilə yanaşı, dünyanın müxtəlif yerlərində yol hərəkəti təhlükəsizliyi ilə bağlı müxtəlif aksiyalar, layihələr həyata keçirirlər. Onların gördükləri işin başlıca məqsədi insanların yol qəzaları qurbanı olmasının qarşısını almaqdır. Nigar Camal da yaxşı bilir ki, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə və təbliğat işlərinə çox böyük ehtiyac var. Amma Nigar Camal təbliğatı, ona həvalə olunmuş şərəfli bir işi unudub kliplərə, reklamlara çəkilməyi daha üstün tutdu. Bir bankın reklamlarının ulduzu oldu, bir mobil operatorun siması oldu, başqa-başqa reklamlara çəkilib yaxşı pul qazandı. Amma yol hərəkətindəki problemlərdən danışmadı, yol qəzalarının qurbanlarının sayının azalması üçün bir dənə də olsun sosial çarx ortaya qoyub insanların maarifləndirilməsinə çalışmadı.

Bəlkə də ona izah edən olmadı ki, BMT-nin xoşməramlı səfirinin işi nədən ibarət olmalıdır. Bəlkə də, ətrafındakılar Nigarın xoşməramlı səfir kimi sosial reklamlar çəkib ictimai işlə məşğul olaraq pul qazana bilməyəcəyini düşündüyü üçün onu başqa istiqamətə yönəltdilər. Daha pullu işlərin arxasınca getdilər.

İlk vaxtlar Nigar təhlükəsizlik kəməri ilə bağlı bir sosial aksiyaya qoşulmuşdu. Çox yaxşı da reaksiya oldu. Bəyənilən bir iş idi. Amma bunun ardı gəlmədi. Bəlkə də, nə vaxtsa yol polisi ilə, bu işlə məşğul olan digər təşkilatlarla nəsə bir iş görüb. Lakin biz görmədik.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov da Avtosfer.az-a bildirdi ki, Nigar Camalın BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri olmasından məlumatlıdır: «Bunu nəzərə alaraq Nigar xanımı bir neçə dəfə yol hərəkəti ilə bağlı təbliğat xarakterli tədbirlərə dəvət etdik. Onunla birlikdə bir çox ideyaları həyata kkçirib təbliğat aparmağı düşünürdük. Lakin heç birinə gəlmədi».

Bəli, gəlmədi. Çünki vaxtı yox idi, klipə çəkilirdi, reklama çəkilirdi. Pul qazanırdı. Nigarın nəyinə lazımdır ki, yollarımızda hər gün neçə insan qəzaya düşüb ölür, neçə-neçə uşaq yaralanır, həlak olur, başsız qalır.

Unutmaq olmaz ki, BMT-nin xoşməramlı səfiri kimi Nigar Camal yol qəzalarının sayının azalması naminə çoxlu işlər görə bilərdi, çoxlu sosial çarxlar ərsəyə gətirib bu işə öz töhfəsini verərdi, dəstəyini göstərirdi. Görünür, vaxt olmayıb. Lakin ondan fərqli olaraq, Nigar Camalla birlikdə qalib gəlmiş Eldar Qasımov xoşməramlı səfir olmadan da yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir neçə layihə həyata keçirib və ya layihələrdə iştirak edib.

 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh