Bu da yol polisinin yaratdığı ucsuz-bucaqsız tıxac - VİDEO

Oktyabrın 1-dən başlayaraq Bakı-Sumqayıt yolunda dəhşətli tıxac müşahidə olunur. Buna səbəb isə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının rayon qeydiyyatında olan nəqliyyat vasitələrini şəhərə buraxmaması və bu istiqamətdə daha sərt tədbirlərə əl atmasıdır. Belə ki, əvvəlki günlərdən fərqli olaraq artıq nömrəsi 99 seriyası ilə olan avtomobilləri də postda saxlayıb yoxlayırlar. Bunun nəticəsində isə yolda sıxlıq yaranır. Beləliklə də, videoda gördüyünüz kimi, Bakı-Sumqayıt yolunda tıxac və sıxlığın ucu-bucağı yoxdur.
Artıq insanlar bu vəziyyətdən ciddi narahat olmağa başlayıblar. DYP isə vəziyyəti normallaşdırmaq üçün hələ də tutarlı addım atmayıb. Görəsən, yüzlərlə avtomobili eyni vaxtda 5-10 polis əməkdaşı necə yoxlaya bilər? Nömrəsi 99-la başlayan avtomobillərin sayı çoxdur və bu halda ya polis əməkdaşlarının sayı artırılmalıdır, ya da nəsə müasir texnologiyanın imkanlarından istifadə edilməlidir.
Hər halda, bu videodakı mənzərə heç kimin ürəyincə deyil və insanları bu şəkildə narahat etmək də heç kimin haqqı deyil. Sumqayıtdan Bakıya işə gələn, rayondan Bakıya xəstə gətirən və öz evinə qayıdan insanlar saatlarla tıxacda qalmalı deyillər. Bu məsələnin həlli yolu tapılmalıdır…
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












