Bu nişanları görəndə çaşmayın – «A-Group» sığorta qanunsuz quraşdırıb - FOTO

Son vaxtlar ölkəmizin yollarında reklam lövhələrinin sayı artmaqdadır. Bunu alqışlayırıq, çünki yaxşı reklam sahibkarlığın inkişafı üçün çox vacibdir. Amma reklam qanunvericiliyə uyğun olmalıdır, xüsusən də yol kənarında qoyulduqda. Avtosfer.az-ın təqdim etdiyi fotolardakı reklam lövhəsini çoxları görüb. Artıq yollarımızda bu nişanları geniş şəkildə yaymağa başlayıblar. Bunu ilk dəfə görənlər bir az çaş-baş qalırlar və düşünürlər ki, görəsən bu hansı yol nişanıdır və nə tələb edir? Yalnız yaxında sürəti azaltdıqda məlum olur ki, söhbət sığorta şirkətinin reklamından gedir.
«Reklam haqqında» və «Avtomobil yolları haqqında» qanunlar isə belə reklamı birmənalı olaraq qadağan edir. Çünki həm rəng tərtibatına, həm həndəsi formasına, həm də qoyulma qaydasına görə yol nişanlarından çox az seçilən bu nişanlar hətta ən hazırlıqlı sürücünü də ilk dəfədən çaşdıra bilər. Yəqin bu reklam lövhəsini hazırlayanların da hədəfi elə bu olub: onu nişanlara oxşatmaq və sürücünü asta getməyə məcbur etməklə bu lövhədə yazılanları diqqətlə oxumağa sövq etmək. Əks təqdirdə bu reklamı bir lövhədə, özü də nişanlardan fərqlənən tərtibat və ölçüdə hazırlayardılar. İndiki halında bu lövhə eyni dayağa bərkidilmiş xəbərdarlıq nişanını (yuxarıdakı üçbucaq) və daha çox tikinti gedən sahələrdə istifadə edilən məlumatverici-göstərici nişanı (aşağıdakı dördbucaqlı) xatırladır. Bəzi sürücülər aşağıdakı lövhəni 2.1 “Baş yol” nişanı ilə də qarışıq sala bilərlər.
Hər bir halda belə reklam lövhələri qanunazidd olmaqla bərabər həm də təhlükəlidir. Ona görə də yolun sahibləri, habelə orada xidmət edən DYP əməkdaşları belə reklam lövhəsinə laqeyd yanşmamalıdırlar.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












