Bu sürücülər 12 il azadlıqdan məhrum edilə bilər

«Sərxoş vəziyyətdə avtomobillə şütüyərək iki adamı öldürən «sürücü» 12 il azadlıqdan məhrum edilə bilər». Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun fikrincə, əksəriyyət bunu da az sayır: «Hüquq sistemimiz buna yol verməsə də, bəlkə də beləsinin birini 12 illik türməyə göndərməzdən əvvəl yırticı heyvanlar üçün bir qəfəsə yerləşdirməklə 7 gün şəhərin ən izdihamlı yerində asmaq lazımdır ki, indiki və gələcək nəsillərə tarixi dərs olsun. Konkret hadisəni nəzərdə tutmadan və təqsirsizlik prezumpsiyasına hörmət etməklə bidirirəm ki, belələrinə heç bir mərhəmət olmamalıdır».
Ərşad Hüseynov deyib ki, bu məzmunlu konkret hadisələrə diqqət edəndə aşkar şəkildə bir faktı görünür: «Hadisənin törədənin kimliyi, onun idarə etdiyi avtomobil, hətta onun nömrəsi və başqa məqamlar deyir ki, bu adam cərimədən-filandan çəkinmir. Özü də ona görə yox ki, cərimə azdır. Ona görə ki, o, məsuliyyətdən kənarda qala bilir, «toxunulmazdır». Əgər belə olmasa, əminəm ki, sərxoşluğun cəriməsi 100 manat da olsa, əlini sükana vurmaz».
Yeri gəlmişkən, hüquqşünas deyib ki, inzibati cərimələrin artırılmasını və ümumən sanksiyaların sərtləşməsinin qəti əleyhinədir: «Amma sərxoş idarə etmə yeganə xətalardandır ki, ona görə bütün cərimələrin ləğvinin və birinci dəfədən istisnasız 3 aylıq həbsin tərəfdarıyam».
Emin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










