Bulvarda bunu edənlər cərimələnəcək - Velosipedçilərə xəbər - VİDEO

Velosipetçi piyada zolağına və köhnə bulvara keçsə 20 manat cərimə olunur. Bir vaxtlar Dənizkənarı Bulvar ərazisində velosiped sürməyə yalnız səhər saatlarında və ya gecə 12-dən sonra icazə verilirdi. Amma indi Bulvarın yeni tikilmiş hissəsində xüsusi velosiped xətdinin fəaliyyət göstərməsi, artıq günün istənilən vaxtında insanların velosiped sürməsinə şərait yaradır. Bu xətdin də uzunluğu, gedib gəlməklə 4 km-rə çatır. Bulvardakı velopark “Crystal Hall”dan bir qədər aralı - Əl Oyunları Sarayının arxasında yerləşir. Parkda çoxlu sayda velosiped olmasına baxmayaraq bəzən uzun-uzadı növbələr də olur.
Yerli sakinlər velosipedləri daha çox bir neçə saatlığa, əcnəbilər isə sutkalıq icarəyə üstünlük verirlər. Velosipedin 1 saatlıq icarəsi birinci saat üçün 2 manat, növbəti saatlar 1 manatdan hesablanır. Velosipedləri bir və ya bir neçə günlük götürmək istəyənlər isə gününə 8 manat ödəməli olur.
Velosiped adamlara 10 şərtlə verilir. Birinci şərt odur ki, üstündə şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Bu olmadısa heç kimə velosiped verilmir. Vvelosipedi icarəyə verəndə şəxsiyyət vəsiqəsinin rekvizitləri icarə müqaviləsinə yazılır, bəzən tərəddüd etdikləri adamların sənədləri də girov kimi saxlanılır və əlaqə telefonları götürülür. Əzilən və xarab olan hissənin xərci də müştərinin boynunadır.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov sözlərinə görə, əvvələr bulvar veloparkına maraq pərkəndə idisə indi daimi gələnlərin sayı daha çoxdur. Avropa Oyunlarında Dənizkənarı Milli Parkda təqdim edilən yeniliklərdən bri də veloparkla bağlıdır. Burada da xidmət vaxtı oyunlarla əlaqədar olaraq gecə saatlarına qədər uzadılıb.
Nazim Məcidov onu da bildiridi ki, gələcəkdə veloparkın ərazisi daha da böyüdüləcək.
Amma nədənsə istirahətə gələn insanlar bəzən onlar üçün nəzərdə tutulmuş ərazidə deyil, velosiped xətdində gəzirlər. Çox zaman şəhər sakinlərinin anidən olaraq velosiped yoluna çıxması xəsarətlə nəticələnir. Bu zaman xəsarət alan günahı velosiped sürəndə görür. O isə öz nəvbəsində günahkar olmadığını iddia edir. Qaydalara görə isə nə piyada velo xəttə çıxa bilər, nə də velosipedçinin piyada zolağında hərəkətinə və köhnə bulvara keçidə icazə yoxdur. Bu baş verərəsə 20 manat cərimə nəzərdə tutulur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












