Bunu edənlər cərimələnəcək

“Bakı 2015”ə artıq sayılı günlər qalıb. Paytaxtın bütün rayonlarında işlər demək olar ki, yekunlaşıb. Hər bir tərəfdə səliqə-səhman göz oxşayır. Təbii ki, biz vətəndaşların da borcu bu təmizliyi qorumaqdır. Təəssüf ki, bu fikirdə olmayanlar da var. Götürək elə avtomobillə gedərkən küçəyə zibil atanları. Bu cür vətəndaşlara qarşı sərt cəza tədbirləri görüləcək. Sürücü sükan arxasında olsa da, siqaret çəkir, maşında olan tullantıları yola atır. Təəssüf ki, bu cür hallarla hər birimiz mütəmadi olaraq rastlaşırıq. Sürücülərlə yanaşı maşında əyləşən sərnişinlərin də avtomobildə hərəkət edən zaman yola tullantılar atması adi hala çevrilib. Bu da Bakının ekologiyasına mənfi təsir göstərir. Belə neqativ hallara qarşı elə ilk növbədə sürücülər özləri mübarizə aparmalıdırlar.
Sürücü Mübariz Eyvazov deyir ki, zibili zibil qutusuna atmaq, bunu etməyəni görəndə isə irad tutmaq lazımdır.
Qeyd edək ki, avtomobil idarə edən zaman yola tullantı atan sürücü və sərnişinlər qanunla müəyyən edilən miqdarda cərimə edilir. Cərimələrin miqdarı isə sürücülər üçün 40, sərnişinlər üçünsə, 30 manat miqdarinda nəzərdə tutulur.
“Yol hərəkəti qaydalarına görə, həm sürücü, həm də sərnişinlər nəqliyyat vasitəsindən yolla hər hansı bir əşya atmağı qadağan edir. İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində sürücülər üçün 40 manat, 153.2-ci maddəsində isə sərnişinlər üçün 30 manat miqdarında cərimə nəzərdə tutulur. Hətta siqarət kötüyünün belə avtomobilin pəncərəsində yolla atılması 40 manat məbləğındə cərimə deməkdir”, – deyə ekspert Ərşad Hüseynov bildirdi.
Cərimələrdən əlavə, avtomobil idarə edən şəxslərin yola siqaret kötüyü və ya müxtəlif tullantılar atması digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradır. Hətta bu hallar ağır yol nəqliyyat hadisələrinin də baş verməsinə səbəb ola bilər.
Ekspert Ərşad Hüseynov da bunun çox təhlükəli olduğunu deyir: “Belə ki, siqarətin közü yol hərəkəti iştirakçısının birbaşa gözünə düşə bilər. Eyni zamanda yollara atılan tullantılar ətraf mühiti çirkləndirir. Özəliklə şüşə və metal qablar avtomobildən yola atılması ümumiyyətlə təhlükəlidir. Avtomobilin təkəri altında qala, ani olaraq hava boşalar və bu zaman ağır yol-nəqliyyat hadisəsi baş verə bilər”.
Mütəxəssislər hesab edir ki, bu cür halların qarşısını almaq üçün sürücü və sərnişinlərə qarşı cərimələr sərtləşdiriməli və belə şəxslərə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











