Cavid Qurbanov hansı vaqonda gedir? - Replika

Ölkənin ən problemli sahələrindən biri olan nəqliyyat sektorunda vətəndaşların üzləşmədiyi çətinliklər qalmayıb. Nəqliyyat sektorunda, o cümlədən, sərnişindaşımada xidmət səviyyəsinin artırılması üçün dövlət büdcəsindən irihəcmli vəsaitlərin ayrılmasına, həmçinin qiymətlərin qaldırılmasına baxmayaraq, bu sahədə vəziyyətin yaxşılaşdığını soyləmək mümkün deyil. Bu çərçivədə istisna təşkil etməyən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də sərnişinlərə arzuedilməz sürprizlər etməkdə geri qalmır. Cavid Qurbanovun ötən ilin fevralında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr gətirilməsi də bu qurumun məsul olduğu sahədə problemlərin əsaslı həllinə təkan verməyib. Sərnişinlər hələ də istismar müddəti bitmiş (müşahidələr belə qənaət yaradır) sınıq-salxaq, komfortdan çox uzaq vaqonlarda yol getmək məcburiyyətində qalıblar. Amma görünür, vaqonların tökülüb-itməyi sərnişinlərin, əslində, şükr etməli olduqları problemdir. Çünki bundan da betər çətinliklə rastlaşa bilərlər. Yanvarın 4-də Böyük Kəsik – Bakı istiqamətində hərəkət edən 665 saylı qatarın 13-cü vaqonuna bilet almış sərnişinlər bu yolçuluğu yəqin ki, uzun müddət xatırlayacaqlar. Niyə? Təsəvvür edin ki, həmin vaqonda olan iki ayaqyolundan heç biri işləməyib. Bunu elan edən bələdçilər təbii ehtiyaclarını ödəməli olan sərnişinlərə digər vaqonlara getməyi tövsiyə edirdilər. Lətifədir, ya yox?
Maraqlıdır, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, həm də parlamentin deputatı Cavid Qurbanov belə vaqonda neçə stansiya yol gedə bilərdi?
Ümumiyyətlə, o vaqonda gedərdimi?
A.Zeynalov
Gün.Az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













