Cavid Qurbanov işçilərə istefa ərizəsi yazdırdı

Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Cavid Qurbanov ciddi kadr dəyişikliyinə hazırlaşır. QSC-dəki mənbədən azvision.az-a verilən məlumata görə, Qurbanov qurumun bir neçə şöbə müdirinə, idarə rəislərinə işdən çıxarılmaları ilə bağlı ərizə yazdırıb. Ərizədə işdən çıxarılma vaxtı qeyd olunmayıb. Bildirilib ki, yaxın günlərdə ciddi dəyişikliklər olacaq. C.Qurbanov indiyədək fəaliyyətində nöqsanlara yol verən işçiləri qurumdan kənarlaşdıracaq. Yeni sədr kollektivə ciddi tapşırıqlar verərək nöqsana yol verən işçiləri cəzalandıracağını qeyd edib. Mənbənin bildirdiyinə görə, artıq QSC-nin maliyyə şöbəsinin rəisinin işdən çıxarılması dəqiqləşib.
Məlumatı dəqiqləşdirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, sabah QSC-də kollegiya iclası keçiriləcək: “O zaman hər şey məlum olacaq. Belə, hələ ki, heç bir məlumat yoxdur. Sabah kollegiya iclasından sonra kimin işdə qalacağı, kimin çıxacağı məlum olacaq. İclas daxili olduğundan mətbuat üçün kollegiya iclasının nəticələri barədə ayrıca konfrans keçiriləcək”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












