«Chevrolet»dən biabırçı reklam - FOTOLAR

Bakıda biri-birindən biabırçı reklam lövhələrində dəfələrlə rast gəlinib. Bu dəfə Avtosfer.az «Chevrolet» avtomobili üçün hazırlanan və paytaxtın əksər küçələrini bəzəyən reklamda yol verilən xətanı ictimaiyyətə çatdırır. Fotolardan gördüyünüz bu reklam lövhəsində «Chevrolet Cruze» modeli təqdim olunur. Bu avtomobilin dəyəri təxminən 20-25 min manat arasındadır. Amma reklamçılar bu maşına elə şüar seçiblər ki, məntiqlə çox biabırçı formada səslənir. Dünyanın hakimi Allahdır. Allaha iman gətirən hər kəs bunu bili rvə qəbul edir. Sizcə, 25 minlik maşın - «Chevrolet Cruze»ni Allahla eyniləşdirmək nə dərəcədə doğrudur? Digər tərəfdən, «Chevrolet Cruze» sürən hansı sürücü deyə bilər ki, mən bu maşınla dünyaya hakiməm? Yeri gələndə, heç milyonluq maşın sürənlər bu iddiaya düşüb özünü «dünyaya hakim» saymır. Amma nədənsə «Chevrolet Cruze» üçün çəkilən bu reklam lövhəsi üzərində «baş sındıranlar» ya özlərini, ya da 25 minlik dəyəri olan «Chevrolet Cruze»ni Allahla eyniləşdirirlər.
Yəqin ki, reklam mətnlərinə diqqət edilsə, Azərbaycanda bir çox reklam lövhələrini yerindən söküb atmaq lazımdır. Təəssüflər olsun ki, bu sahədə nəzarət kifayət qədər olmadığı üçün bəzi reklamçılar da bundan geninə-boluna istifadə edirlər. Axırı da belə olur. «Chevrolet Cruze» hara, dünyaya hakim olmaq hara?
İnanırıq ki, İqtisadiyyət və Sənaye Nazirliyi reklam qanunvericiliyini pozduğu üçün cəzalandırdığı bir neçə avtomobil şirkəti sırasına «Chevrolet»i də əlavə edəcək.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?















