Banner

Darısqal küçələrə zəncir vurub yol kəsənlərə xəbərdarlıq – SÖKÜRLƏR

Yazarlar 2 İyun 2015 23:52 Oxunub 2241
Darısqal küçələrə zəncir vurub yol kəsənlərə xəbərdarlıq – SÖKÜRLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil və piyadaların hərkətinə süni maneə yaradılmasının qarşısı alınır

Bakıda Avropa Oyunlarının başlanmasına 10 günə yaxın vaxt qalır. Vaxt daraldıqca paytaxtda yollar genişlənir. Artıq oyunların keçiriləcəyi opyektlərinin yerləşdiyi ərazilərdən keçən yolların bir hissəsində hərəkət məhdudlaşdırılır. Bu da avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradır. Dövlət Yol Polisi əhalini xəbərdar edir ki, maksimum dərəcə də bu yollardan az istifadə etsinlər, alternativ yollara üstünlük vermək lazımdır. Alternativ yollardan biri də binaların arasından keçən məhəllə yollarıdır. Lakin bir çox ərazilərdə bu yollarda süni problemlər yaradılır. Görürsən ki, binanın qarşısında yolun ortasında yerdən dəmir dirək çıxaraq hərəkəti məhdudlaşdıdır və yaxud da binanın qarşısının bir hissəsi zəncirlə hasara alınır. Belə olan halda nəinki avtomobillərin keçməsi mümkün olur, hətta piyadalar binaların divarlarına sıxılaraq və ya onları ötərək hərəkət etmək məcburiyyəti qarşısında qalırlar. 

Məsələni şərh edən Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi,  polkovnik Vaqif Əsədov təəssüflə qeyd etdi ki, qanunvericilikdə belə hallar yolverilməz hesab olunur. Belə yolları zəbt edib, avtomobillərin və piyadaların hərəkətinə süni maneə yaradanların məssuliyyətə cəlb edilməsinə gəldikdə V.Əsədov bildirdi ki, yol hərəkətinə dair qanunun tələblərinə əsasən, bunu edən fiziki və hüquqi şəxslər məsuliyyətə cəlb edilir: “Bu istiqamətdə 2013–cü ildən protokollar tərtib olunub. Son dəfə Həsən Əliyev küçəsi və ona paralel Yusif Vəzir Çəmənzəminli, Azadlıq prospekti, şəhərin mərkəzi küçələri və digər kənar istiqamətlərdə yerləşən məhəllə yollarıında bu hallara rast gəlinib və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb. Yəni süni maneələr aradan qaldırılıb və həmin şəxslər cərimə edilib. Düşünürəm ki, bilərəkdən belə qanunsuzluqlara yol verənlər böyük məbləğdə cərimə olunsa, daha müsbət nəticə verər”. 

V.Əsədov onu da deyir ki, bəzən binalar arasındakı avtomobil yolunda ticarət obyektlərinin sahibləri yolun bir hissəsini zəbt etməklə hərəkəti məhdudlaşdırır: “Bu gün hər hansı bir inzibati binanın tikilməsi ilə bağlı icazə verilən ərazidə relyefə uyğun, fəaliyyətindən asılı olaraq avtomobillərin dayanması üçün mütləq, birinci, ikinci mərtəbədə, yaxud zirzəmi nəzərdə tutulduqda həmin layihələrə icazə verilir və təsdiqlənir. Bu sənədlər 32 instansiyadan keçirr ki, bunlardan biri də yol polisidir. Tikilən binalarda maşın sərbəst hərəkət etməsi və saxlanması üçün şəraiti olmalıdır. Bu şərait varsa, binanın tikilməsinə icazə verilir. On il bundan əvvəl belə şeylər nəzərə alınmırdısa, indi bu məsələyə ciddi yanaşırlar. 10-15 il qabaq bunun nəzərə alınmaması nəticəsində bəzi yaşayış, inzibatı binalarda bu problemlar var".

Bakı şəhər İcra Hakimiyyətindən məlumat aldıq ki, məhəllələr arasında bir çox dar küçələrdə zəncirlə hasarlanmış avtomobil parkinqləri ləğv edilir, yolun ortasındakı dəmir dirəklər çıxarılaraq yollar genişləndirilir. Neftçilər, G.Səfərəliyeva, Ü.Hacıbəyov, İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Azadlıq, 28 may, Xaqani, Ş.Qurbanov, «Nizami» metrostansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən dar küçələrdə artıq təmizlənmə işləri aparılıb, işlər bundan sonra da davam etdiriləcək. 

Məlumatda bildirilir ki, təkrar belə hallara yol verilməsinə imkan verilməyəcək. Əks təqdirdə nəqliyyatın sıxlığının və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə avtomobillərin qanunsuz parklanması hallarına yol verənlər məsuliyyətə cəlb olunacaq.

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh