Banner

Dayanacaqlarda tempraturu göstərən lövhələr işləmir

Yazarlar 5 Mart 2015 19:53 Oxunub 1735
Dayanacaqlarda tempraturu göstərən lövhələr işləmir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat Nazirliyi problemi Bakı şəhər İcra Hakimiyyətinin üstünə atır

Paytaxtdakı dayanacaqlarda uzun müddətdir vətəndaşlar havanın tempraturunu, saatı və avtobusların hərəkət cədvəlini görə bilirdi. Son vaxtlar isə bir çox dayanacaqlarda bununla bağlı problem yaranıb. Xüsusən, metronun «Elmlər akademiyası» stansiyasından Şəhidlər Xiyabanı istiqamətindəki dayanacaqlarda tempratur və saatı göstərən lövhələr işləmir. Digər tərəfdən bildirilirdi ki,  paytaxtda I Avropa Oyunları ilə əlaqədar olaraq bütün dayanacaqlarda pulsuz Wi-Fi quraşdılıacaq. Həmin Wi-Fi sisteminin vətəndaşlara istənilən vaxt dayanacaqda sərbəst şəkildə pulsuz olaraq internetə qoşulma imkanı verəcək. Amma hələ də dayanacaqlarda Wi-Fi yoxdur.

Məsələyə münasibət bildirən Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirdi ki, hazırda mərkəz tərəfindən idarə olunan monitorlarda heç bir problem yoxdur: «Biz təkrar həmin istiqamətlərdə bütün dayanacaqlarla əlaqəni yoxladıq. Bütün dayanacaqlardakı monitorlar işləyir və əlaqə normaldır. Tempraturu və saatı göstərən lövhələr isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılıb. Onların işləməsinə də həmin qurum cavabdehdir. O ki qaldı dayanacaqlarda Wi-Fi məsələsinə bununla bağlı Nəqliyyat Nazirliyindən daha dəqiq məlumat ala bilərsiniz».

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən də münasibət öyrənmək istədik. Amma gün ərzində qurumun mətbuat xidmətinə etdiyimiz zənglər cavabsız qaldı. 

Nəqliyyat Nazirliyindən isə bildirdilər ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: «Müəyyən səbəblərə görə bu sistem geciksə də, artıq onun yerləşdirilməsi üçün bir problem yoxdur. Yeni quraşdırılacaq sistem Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Sistemin paytaxtdakı bütün dayanacaqlarda quraşdırılması nəzərdə tutulub. Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni, turistlər internetə rahat şəkildə qoşularaq məlumatları asanlıqla əldə edib ötürə biləcəklər. Sistem Avropa Oyunlarından sonra da fəaliyyət göstərəcək. Yaxın vaxtlarda paytaxt sakinləri bu sistemdən istifadə edə biləcək».

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh