Dəmir arakəsmə, yoxsa «ətçəkən maşın»?

Hər zaman demişəm, yenə də deyirəm. Bizim əksər sürücülər hava şəraitinə uyğun davrana bilmirlər. Yay mövsümü başa çatıb, payızda yağıntı olur və bu zaman yol sürüşkənləşir. Yaydakı qazınızı aşağı salın. Baxın, 3 gündür hər səhər yağış yağır, hər səhər də ağır qəza xəbərləri eşidirik. Bu insanlar niyə dərk eləmir ki, sürüşkən yolda 110-la gedən maşın ən kiçik manevr zamanı idarəetmədən çıxıb harasa girəcək? Biz indi hər fəsil dəyişəndə neçə insanı qurban verməliyik ki, digərlərinə dərs olsun?
Digər tərəfdən, Sumqayıt yolunda və başqa yerlərdə çəkilən dəmir arakəsmələr sadəcə olaraq "ət maşını" rolunu oynayır. Nə toxunursa doğrayıb tökür...
Yadıma gəlir, Sumqayıt yolunda həmin dəmir arakəsmələr ilk dəfə tətbiq olunanda nəqliyyat naziri Ziya Məmmədov Prezidentə məlumat verirdi ki, bu arakəsmələr yüksək texnologiya ilə hazırlanıb və maşın həmin dəmirlərə dəydikdə elastiklik yaranır, avtomobil dərhal dayanır. Amma biz təcrübədə görürük ki, o dəmirlərə dəyən heç bir maşın dayanmır, dəmir lövhələr maşını doğrayır və içəridəki insanlar məhv olur. O insanların yaxınları Nəqliyyat Nazirliyini, xüsusən də «Azəryolservis» ASC -ni məhkəməyə versə, qalib gələ bilər. Çünkı həmin yolda bu dəmirlərdən əlavə başqa ciddi problemlər də var. «Azəryolservis»in keçmiş sədri Cavid Qurbanov özü etiraf etmişdi ki, Sumqayıt yolunu çəkərkən səhvlərə yol verilib.
Elməddin Muradlı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










