Deputat avtobusa minib gördüklərini yazdı: «Faiq Ağayevlə rastlaşdım»

Milli Məclisin YAP-dan olan deputatı Aydın Mirzəzadə özünün facebook səhifəsində Bakının ictimai nəqliyyatı və sərnişinlərin ictimai nəqliyyatda davaranışları ilə bağlı fikirlərini bölüşüb. Avtosfer.az-ın məlumatına görə, millət vəkili bildirib ki, vaxtaşırı ictmai nəqliyyatdan istifadə edir: «Bu gün də marşrut avtobusu ilə xeyli getdim. Təəssüratımı bölüşmək istəyirəm.
Kimin nə deməsindən asılı olmayaraq xalqımızın mədəniyyəti, xüsusilə də ictimai davarmış mədəniyyəti çox yüksəkdir.
Avtobusa daxil olan kimi təqribən 20 yaşında bir oğlan durub mənə yer verdi. Heç üç dəqiqə keçməmiş yanımda oturan digər cavan oğlan avtobusa daxil olan yaşlı qadına yer verdi. Qadın çantasında nə isə axtaranda əli yanımızda ayaq üstə dayanan oğlana dəydi. Qadın dəfələrlə "ay oğul, bağışla, əlim bilmədən dəydi" dedi, oğlan da dəfələrlə, "xala, heç nə olmaz, hər şey yaxşıdır" cavabını verdi.
Dayanacaqların birində ana-bala düşmək istəyərkən, bir nəfər avtobusa qalxırdı. Ana övladını geri çəkərək "gözlə qalxsınlar " dedi.
Avtobusda heç kim bərkdən danışmırdı, əsəbi səs eşidilmirdi. Sürücü mahnı səsləndirmirdi, zala uca səslə hökmlər vermirdi, ümumiyyətlə, sürücünü ancaq gediş haqqını verəndə gördüm.
Avtobusun içi təmiz idi, cəmi bir oturacağın altında xırda bir kağız parçası vardı.
İctimiyyət içərisində davranış mədəniyyət mədəniyyətin əsas hissəsidir. Avtobusdan düşəndə daxilimdə "fəxr edirəm ki, azərbaycanlıyam" dedim.
Parkda gəzişrəkrən xalq artisi Faiq Ağayevlə rastlaşdıq, onu televiziya proqramlarında birgə iştirakdan tanıyıram. Ona "O səs Azərbaycan " layihəsində münsiflər heyyətinin üzvi kimi uğurlar arzuladım».
Emin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










