Deputat köməkçisini öldürən sürücüyə cəza verildi - FOTO

Bu il avqustun 11-də Ələt-Astara avtomobil yolunun Salyan rayonu, Xıdırlı kəndindən keçən hissəsində baş vermiş qəzada suçlanan sürücüyə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi xəbərə görə, işə Salyan Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə sürücü Ulduz Sadıqov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı minik maşını ötmə əməliyyatı edərkən qəza törətmiş, minik maşını qarşda gedən və Bakıya qarpız daşıyan “QAZ-3302” markalı yük maşınına çırpılmışdı. Hadisə nəticəsində “Opel”in sərnişini, Salyan rayonunun 59 yaşlı sakini Həsənbala Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdi. O, deputat Fəzail Ağamalının köməkçisi idi.
O zaman faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılmış, hadisədə günahkar bilinən Ulduz Sadıqov həbs edilmişdi.


Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












