Deputat rayon maşınlarına qoyulan qadağaya etiraz etdi

«Rəsmi açıqlama verildi ki, Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır və hazırda həmin Komissiyada müzakirələr gedir». Avtosfer.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır: «Bu əlbəttə, bəndəniz də daxil olmaqla öz komfortunu düşünən və Bakıda daimi qeydiyyatda olan əhali üçün cəlbedici yanaşmadır. Ancaq nəzərə almalıyıq ki, ölkənin bütün infrastrukturu Bakı ilə bağlıdır və təəssüf ki, vaxtında bu şəhərin məskunlaşma yükünü azalda bilmədik. İndi rayonda yaşayan və çörəkpulu Bakıdakı işindən, çalışmasından çıxan on minlərlə insanın vəziyyəti necə olacaq? Hamımız tıxac probleminin həllindən yanayıq, ancaq bunu vətəndaşın çiləsi hesabına etməzlər ki?!... Rayon nömrəli maşın sahibinin öz evinə aparacağı çörəkpulunun bizə hansısa aidiyyatı yoxdurmu? Onların da normal yaşamasını bizlər də istəmirikmi? Məncə daha ağlabatan yollar tapılmalıdır». Millət vəkili əlavə edib ki, Avropa Oyunlarına görə hamı anlayışla davrandı, bir ay bunun tətbiqi üçün hamı fədakarlıq etdi. İndi isə bunun davam etməsi həm də insan haqları baxımından doğru sayılmaz: «Nəqliyyatı İntellektual İdarəetmə mexanizmində nəhayət ki, intellekt işə salınmalıdır. Yollarda təhlükəsiz velsiped zolaqları açılmalıdır və bu nəqliyyat vasitəsindən istifadə üçün vətəndaş təşviq olunmalıdır. Metrodan başqa heç bir ictimai nəqliyyatın ayrıca hərəkət zolağı olmadığına görə tıxaclar qaçınılmaz olur. Bu barədə düşünülməlidir. Parking yerləri ucuz və rahat olmalıdır ki, adamlar maşınların burada rahatlıqla saxlayıb tıxac yaratmasınlar. Daha başqa nələrisə düşünmək olar, ancaq bütün hallarda rayon nömrəli maşınların şəhərə buraxılmaması rayonda yaşayan aztəminatlı ailələrin daha da sıxıntı içində yaşamasına rəvac verə blər».
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












