Deputatdan sürücülərə çağırış

Son illər ölkənin yol infrastrukturu yenilənir. Artıq dəmir yollarının yenidən qurulması istiqamətində də iş aparılır. Bu tədbirlər çərçivəsində vaqon parkının da yenilənməsi nəzərdə tutulur. Artıq Rusiya Federasiyasından yeni vaqonların alınması ilə bağlı müqavilə imzalanıb. Məsələyə münasibət bildirən millət vəkili Elton Məmmədov Avtosfer.az-a bildirib ki, dəmir yollarının yenidən qurulması ölkənin yük və sərnişin daşınması imkanlarını da artıracaq: «Nəqliyyat Nazirliyinin Rusiya Federasiyasının müəyyən korperasiyaları ilə müqavilələri var. Ölkənin vaqon parkının yenilənməsi nəzərdə tutulur. Bu çərçivədə yeni vaqonların alınması gündəmdədir. Güzəştli şərtlərlə yeni vaqonlar alacaqlar. Bu da yük daşımalarının həcmini artıracaq. Alınan vaqonlar tam müasir tələblərə cavab verir. Bu da ölkənin tranzit ölkə olaraq əlverişli imkanlar qazanmasını təmin edəcək».
Şəhər nəqliyyatı sırasına tramvay və trolleybusların əlavə olunmasına münasibət bildirən millət vəkili bunun da mümkünlüyünü istisna etmədi: «Tramvay və trolleybuslar ekoloji cəhətdən ən təmiz nəqliyyat növləridir. Yol infrastrukturu imkan verərsə, bu nəqliyyatın da bərpası yaxşı olardı. Amma düşünürəm ki, hər şey istəkdən asılıdır. İstək olarsa, paytaxtda Tramvay və trolleybuslar da işləyə bilər».
Yol qəzalarının artmasının yol nişanlarının lazımi dərəcədə olmaması ilə bağlı olmadığını deyən E.Məmmədov ölkədə qurulan yol infrastrukturlarının müasir tələblərə tam cavab verdiyini vurğuladı: «Yol qəzalarının yol nişanlarının olmaması ilə izah olunması inandırıcı deyil. Əksinə, bu hadisələr zamanı yollarda olan arakəsmələr və nişanlar sıradan çıxır. Sadəcə, yol hərəkəti iştirakçılarına yol mədəniyyəti aşılanmalıdır ki, sürət həddini aşmasınlar. Amma qəzalar zamanı arakəsmələr də sıradan çıxır. Bütün iştirakçıları mədəniyyətə dəvət edirəm. Bu yollar gələcək üçün də nəzərdə tutulub. Hər bir vətəndaş qurulan bu infrastrukturlara hörmətlə yanaşmalıdır».
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












