DYP bu nişana görə 3 bal və 60 manat cəriməyə hazırlaşır, amma 40 manatdır - VİDEO

Paytaxtın bəzi küçə və prospektlərində motosikletlərin hərəkətinə qadağa qoyulub. Sonradan bu qadağanın əhatə dairəsi genişləndirilərək paytaxtın digər küçələrinə də şamil olunacaq. Motosiklet qadağası sakinlərin narahat olduğu ərazilərlə yanaşı, dövlət əhəmiyyətli tədbirlərin keçiriləcəyi küçə və prospektlərdə də olacaq. Motosikletlərin hərəkətini qadağan edən nişanlar ötən gündən «Azneft» dairəsindən Bayıl istiqamətinə qədər, eyni ilə Bayıl qəsəbəsindən geri - üzü Neftçilər prospekti boyu Yusif Səfərov küçəsinə qədər olan ərazidə, həmçinin «Azneft» dairəsindən Niyazi və İstiqlaliyyət küçəsi boyu vurulub.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kobinetinin Yol Hərəkəti Təhlükəsizliyi komissiyası daha bir neçə küçə və prospektdə motosikletlərin hərəkətini qadağan edilməsi ilə bağlı qərar verəcək.
Motosikletlərin qadağan edilmiş yerlərə girməsinə ərazidə xidmət aparan yol polisi ilə yanaşı kameralarla da nəzarət ediləcək. Əgər hansısa motosikletçi qaydanı pozarsa ona 3 bal və 60 manat cərimə nəzərdə tutulur.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə Avtosfer.az-a bildirib ki, bu nişanın tələbinin pozulmasına görə cərimə balı nəzərdə tutulmur. Sadəcə olaraq, sürücüyə 40 manat cərimə tətbiq oluna bilər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










