DYP polisin qalmaqallı əməliyyatından danışdı - VIDEO

Dövlət Yol Polisi dünən sosial şəbəkələrdə yayılan DYP əməkdaşlarının qalmaqallı əməliyyatından danışıb. Xatırladaq ki, təqdim olunan sujetdə 3 DYP avtomobili “saxla” əmrinə tabe olmayan sürücünü üç istiqamətdən sıxışdırıb saxlamaq istəyəndə, motosikletin aşması görüntüləri yayılmışdı. Daha sonra isə həbs zamanı polis “saxla” əmrinə tabe olmayan sürücüyə bir neçə zərbə endirib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı 107.7 - “AvtoFM”-in “İnspektor” verilişində sualı cavablandıran Baş Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, polislər üçün ən vacib məqam sürücülərin qanunun tələblərini yerinə yetirməsidir. “Artıq həmin görüntülərə baxdıq. Motosiklet sürücüsü yol polisinin “saxla” əmrinə əhəmiyyət vermədiyi və ərazidən qaçdığına görə, onu saxlamaq üçün ikinci avtomobil də əməliyyata cəlb edilib, lakin sürücü buna da əhəmiyyət verməyərək yenidən qaçmağa cəhd göstərib. Sizcə bu, düzgündürmü? Çox təəssüf ki, bu hadisədə motosikletçi yol boyu polisə tabe olmadığını açıq şəkildə nümayiş etdirir, lakin üç polis əməkdaşının həmin sürücünü bütün vasitələrdən istifadə edərək saxlaması qanunun tələblərinin yerinə yetirilməsidir”.
Şöbə rəisi əlavə edib ki, xarici ölkələrdə polisin “saxla” əmrinə tabe olmayan sürücüyə qarşı xüsusi metodlardan istifadə edilir, lakin Bakıda belə metodlardan istifadə etsək, bu, paytaxt sakinləri arasında narazılığa səbəb olar. “Xarici ölkələrdə belə əməliyyatlar zamanı “kirpi” deyilən texniki vasitədən istifadə olunur. “Kirpi” yol polisinin “saxla” əmrinə tabe olmayan avtomobilin altına atılır, bu zaman avtomobilin təkərləri partlayır, nəqliyyat vasitəsi müvazinətini itirir, hətta avtomobilin aşması və sürücünün ağır xəsarət alması ehtimalı artır. Bakıda belə metodlardan istifadə etsək, paytaxt sakinləri həyəcanlı anlar yaşayar”.
Vaqif Əsədovun sözlərinə görə, polisə tabe olmayan sürücü həbs olunmalıdır: “Xüsusilə, qanunların tələbləri müzakirə edilə bilməz və Azərbaycan Respublikasının yol hərəkəti haqqında Qanunun tələbinə əsasən, polisin və ya hərbi qulluqçunun qanuni tələbini qəsdən yerinə yetirməyən şəxs məhkəmə qarşısında cavab verməli və çıxarılan qərar əsasında həbs olunmalıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












