«Əksər yol qəzaları qanunlara əməl olunmamasından baş verir»

«Bakının sərnişin nəqliyyatında olan problemlərlə bağlı bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması nəzərdə tutulub. Yəni həmin sürücülərin vaxtlı-vaxtında istirahət etməsi və digər məsələlər var». Bunu Milli Məclisin iclasında deputat Fuad Muradov "Avtomobil nəqliyyatı haqqında" qanununa dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, şəhərdaxili nəqliyyatda qəzaların əksəriyyətinin baş verməsinə səbəb qanuna riayət olunmamasıdır: «Çox xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı addımlar atılsın. Bu, insanın həyatı, fəaliyyəti ilə bağlı olan məsələdir. Çox yaxşı olardı ki, biz gələcəkdə məsələnin üzərində duraq. Bakı şəhərində olan sərnişindaşıma ilə bağlı problemlər mövcuddur. Avtobuslar xüsusi dayanacaqlarda, yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bir çox yerlərdə, xüsusən də mərkəzdə ciddi problemlər var. Biz I Avropa Oyunlarına hazırlaşırıq və çox böyük işlər görmüşük. Ancaq ümumiyyətlə, bu sahədə qanunverici təşəbbüskar olaraq məsələni gündəmdə saxlamalıyıq».
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












