Banner

Ev sahiblərini maşina görə 80 manatdan 4 minədək cərimə gözləyir - VİDEO

Yazarlar 5 İyun 2015 20:13 Oxunub 2925
Ev sahiblərini maşina görə 80 manatdan 4 minədək cərimə gözləyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlərin yol kənarlarına qoyduğu dəmir maneələr sökülür; fiziki şəxslər 80-100, vəzifəli şəxslər 300- 500, hüquqi şəxslər isə 3-4 min manat cərimə olunacaq

Yol kənarlarına maneələri quraşdıranlar bu hərəkətlərilə küçələrdəki nəqliyyatın hərəkətinə çətinlik yaradırlar. Amma əlaqədar qurum bunu belə qoymaq istəmir. Artıq qanunsuz maneələr sökülür. Paytaxtın mərkəzində əsasən dar küçələrdə dəmir maneələr görə bilərsiniz. Bu dəmirlərin çoxunu həmin ərazidə yaşayanlar quraşdırır. Bura mənim evimdir və qarşısı da mənə aiddir deyib yolu zəbt edərək. Yəni qanunsuz şəkildə.

Düzdür, bəzən bu dəmirləri rezin təkərlər də əvəz edə bilir. Hətta iki dəmir parçasını yerə basdırıb arakəsməni isə zəncirlə qıffılayanlar da olur. Bu isə onsuz da sıx olan yolda avtomobillərin hərkətinə ciddi maneə yaradır. Yolda tıxac əmələ gəlir. Yol kənarlarındakı maneələri paytaxtın bir sıra küçələrində görmək olar. Artıq bu maneələr aidiyyəti qurumlar tərəfində sökülür. 

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları bu kimi maneələri aradan qaldırmağa başlayıb. Ona görə də bu gün Rəsul Rza, Əlövsət Quliyev, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov küçələrində bu maneələr sökülməyə başlanıldı.

Bəzi sakinlər bu söküntüyə aqressiv münasibət göstərdi. Hətta bu aqressiya çəkiliş qrupumuzdan da yan keçmədi.

Sakinlərin əksəriyyəti əməllərini izah etməyə çalışdı. Yola maneə qoymalarının səbəblərini açıqlayaraq. “Maşını küçələrin birində yer tapsam saxlayıram, tapmasam, saxlaya bilmirəm. Məhz bu ona görə edirik ki, öz maşınımız yer edək. Yoxsa bizim yer tutmaq kimi bir niyyətimiz yoxdur”, – deyə sakin Nurşərəf Babayeva bildirib. 

Bəziləri isə söküntü işini dəstəklədi. Onların sözləriən görə, zəbt edilən yollarda avtomobillər saxlayırlar ki, bu da küçədə hərkətə mane olur. “Bəzi şəxslər maşınlarını burda saxladıqdan sonra çıxıb gedirlər. Bir də axşam gəlirlər. Evə dönəndə isə biz maşınımızı saxlamağa yer tapmırıq. Bu məsələni çoxdan qaldırmaq lazım idi. Paytaxt küçələrində nə qədər maneələr var onların hamısı sökülməlidir” – deyə sakin Mövsüm Mövsümov vurğulayıb.

Sürücülər bu işi təqdirəlayiq hal kimi dəyərləndirdi. Çünki maneələrin söküntüsü nəticəsində küçədə nəqliyyatın hərəkəti asanlaşdı.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin dediyinə görə, bundan sonra yaşadıqları ərazidə maneə quraşdıran sakinlər İnzibati Xətalar Məcəlləsinə əsasən cəzalandırılacaq. Bu tip tədbirlər hər ay aparılacaq: “Sakinlər bununla nə avtomobil yollarına ziyan vursunlar, nə də piyadaların hərəkətə mane olsunlar. İnzibati Xətalar Məcəlləsinə 164.4-cü maddəsində - fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 300- 500 manat, hüquqi şəxslər isə 3 mindən 4 min manat kimi cərimə nəzərdə tutulur”.

Odur ki, «ev sahibiyəm» deyib mənzilinizin önündə dəmir maneə qoymaq istəyənlər, indidən bu əməllərindən əl çəkməlidir. Yoxsa həmin ev sahibləri məsuliyyətə cəlb edilmək kimi çətin anlarla üz-üzə qalacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüqar 5 İyun 2015 18:51
Lökbatanda təzə evlər deyilən ərazidə əməlli başlı şlaqbaum qoyulub. Onu da söksələr yaxşı olar.